Icma.az
close
up
RU
MDU da 20 Yanvara həsr olunmuş konfrans keçirilib FOTOLAR

MDU da 20 Yanvara həsr olunmuş konfrans keçirilib FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı iln 19 yanvar tarixində Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Qanlı Yanvar – Qürur və qəhrəmanlıq günü” mövzusunda konfrans keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Mingəçevir Dövlət Universitetində yerləşən büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Konfrans Ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov 20 Yanvar hadisələrinin xalqımızın azadlıq iradəsinin, milli birliyinin və mübarizə ruhunun parlaq təcəssümü olduğunu bildirib, bu faciənin Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olduğunu vurğulayıb.

Rektor çıxışında Ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi tarixi-siyasi qiymətə xüsusi yer ayıraraq qeyd edib ki, Heydər Əliyev Moskvada verdiyi bəyanatla bu cinayəti açıq şəkildə pisləmiş, xalqın haqq səsini dünyaya çatdırmış və 1994-cü ildə hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi status verilməsinə nail olmuşdur.

Eyni zamanda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, Şəhidlər xiyabanının qorunması və şəhid ailələrinə göstərilən diqqət və qayğı bu siyasətin ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirir. Rektor bildirib ki, bu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin uğurla davamıdır.

Daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfrans universitetin müəllimlərinin məruzələri ilə davam edib. Səma Süleymanova “20 Yanvar – milli iradə və imperiya zorakılığına siyasi baxış”, dos. Günel Yunusova “Qan və qələm: 20 Yanvarın bədii yaddaşı”, Tural Həsənqarayev “20 Yanvar hadisələrinin sənədləşməsində mətbuatın tarixi rolu” və Gulnar Məmmədova “Kollektiv travma və milli kimlik: 20 Yanvar hadisələrinin psixoloji analizi” mövzularında məruzələrlə çıxış ediblər. 

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova, kafedranın müəllimləri Mirzə Cavadov və İlham Məmmədov mövzu ilə bağlı faktlardan söhbət açıblar, 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətini, onun müstəqillik yolunda dönüş nöqtəsi olduğunu vurğulayıblar və Ümummilli lider Heydər Əliyevin bu faciəyə verdiyi siyasi-hüquqi qiymətin əhəmiyyətini xüsusi qeyd ediblər.

20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutulmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, MDU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. 
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Yanvar 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri