Icma.az
close
up
RU
MDU Dokuz Eylül Universiteti ilə Əməkdaşlıq Memorandumu imzaladı Fotolar

MDU Dokuz Eylül Universiteti ilə Əməkdaşlıq Memorandumu imzaladı Fotolar

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


2025-ci ilin 13 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi altı nəfərlik nümayəndə heyəti Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin (DEU) rektoru, professor Dr. Bayram Yılmaz ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, görüş zamanı professor B. Yılmaz MDU kollektivini DEU-da görməkdən məmnunluğunu bildirib, iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin güclənməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Türkiyə universitetləri arasında qurulan strateji tərəfdaşlıq həm elmi, həm də mədəni inteqrasiyaya töhfə verir. Ortaq dəyərlər üzərində qurulmuş əməkdaşlığın təhsil birliyini daha da gücləndirəcəyini diqqətə çatdıran rektor birgə layihələrin hər iki ölkənin ali təhsil sisteminin inkişafına mühüm faydalar verəcəyinə əminliyini bildirib.
Göstərilən diqqət və xoş sözlərə görə təşəkkürünü bildirən rektor Anar Eminov MDU-nun beynəlxalq əməkdaşlıq siyasətində Türkiyə universitetləri ilə tərəfdaşlığın xüsusi yer tutduğunu qeyd edib. Əməkdaşlığın qurulmasında məqsədin tələbə və müəllim mübadiləsini genişləndirmək, ortaq elmi tədqiqatların dəstəklənməsi və birgə layihələrin icrası olduğunu bildirən A. Eminov imzalanan Memorandumun yalnız bir sənəd deyil, gələcəyə uzanan bir körpü kimi qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qurulan yeni əməkdaşlığın təfərrüatlarının müzakirəsi ilə davam edən görüşün sonunda MDU-nun rektoru A. Eminov və DEU-nun rektoru B. Yılmaz iki universitetin qarşılıqlı əməkdaşlığı istiqamətində olan Memorandumu imzalayıblar.
Memoranduma əsasən, tərəflər ikili diplom proqramlarını icra edəcək, təhsil və elmi-tədqiqat sahələrində birgə fəaliyyət göstərəcək, ortaq elmi layihələr, beynəlxalq konfranslar və seminarlar təşkil edəcək, eləcə də müəllim, tədqiqatçı və tələbə mübadiləsini həyata keçirəcəklər. Həmçinin tərəflər qarşılıqlı şəkildə qonaq müəllim və tələbə qəbulu, ortaq magistratura səviyyəsi üzrə proqramlarının təşkili, innovativ idarəetmə və tədris təcrübələrinin paylaşılması, birgəelmi nəşrlərin və tədqiqat nəticələrinin mübadiləsi, ekoloji yönümlü layihələrdə və davamlı inkişaf təşəbbüslərində əməkdaşlıq, habelə ortaq təlim və kursların təşkili kimi fəaliyyətlərdə iştirak edəcəklər.
Qeyd edək ki, bu əməkdaşlıqla Mingəçevir Dövlət Universiteti beynəlxalq tərəfdaşlıq xəritəsini daha da genişləndirərək Azərbaycan–Türkiyə təhsil əlaqələrində yeni bir mərhələyə imza atmış olur.



Esmira Hidayətova
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 13 Oktyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see141

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see125

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see121

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

NATO müharibənin bitmə tarixini AÇIQLADI

26 Noyabr 2025 15:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri