Icma.az
close
up
RU
MDU Marmara Universiteti ilə əməkdaşlıq edəcək

MDU Marmara Universiteti ilə əməkdaşlıq edəcək

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Mingəçevir Dövlət Universiteti və Marmara Universitetindən böyük əməkdaşlıq addımı: tələbə mübadiləsi, ortaq laboratoriyalar və ikili diplom imkanları
2026-cı ilin 16 iyul tarixində Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Marmara Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Bu münasibətlə MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Marmara Universitetində səfərdə olub. Nümayəndə heyətini Marmara Universitetinin rektoru Prof. Dr. Mehmet Emin Okur qəbul edib.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin ali təhsil, elm, innovasiya və insan kapitalının inkişafı sahələrində konkret layihələrlə daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Universitetlər arasında uzunmüddətli, nəticəyönümlü və qarşılıqlı faydalı tərəfdaşlığın qurulması, tələbə və müəllimlər üçün beynəlxalq imkanların genişləndirilməsi, eləcə də birgə elmi potensialın formalaşdırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
İmzalanmış Anlaşma Memorandumunun əsas məqsədi tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə mübadilə və əməkdaşlıq proqramlarının yaradılması, tədris və tədqiqat fəaliyyətlərinin inkişaf etdirilməsi, birgə elmi layihələrin hazırlanması, tələbə, müəllim və əməkdaş mübadiləsinin təşviq edilməsidir.
Görüşün əsas nəticələrindən biri Mingəçevir Dövlət Universiteti ilə Marmara Universiteti arasında strateji əməkdaşlığın daha səmərəli, sistemli və ölçüləbilən nəticələr əsasında inkişaf etdirilməsi məqsədilə Birgə Koordinasiya Komitəsinin yaradılması barədə razılığın əldə olunması olub.
Komitə iki universitetin yer aldığı birgə layihələrin hazırlanması və icrasını, ortaq elmi-tədqiqat və tədris laboratoriyalarının yaradılmasını, akademik mobillik proqramlarının həyata keçirilməsini, ikili diplom imkanlarının qiymətləndirilməsini, konfrans və seminarların təşkilini, həmçinin innovasiya və texnologiya transferi sahəsində əməkdaşlığı əlaqələndirəcək.
Razılaşmaya əsasən, Komitə ilkin mərhələdə MDU-nun “Beynəlxalq ticarət və logistika” və “Maliyyə” ixtisaslarında təhsil alan tələbələrinin Marmara Universitetində akademik mübadilə proqramlarında iştirak imkanlarının yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirəcək.
Komitə mütəmadi iclaslar keçirəcək, fəaliyyət istiqamətləri üzrə yol xəritələri hazırlayacaq, görülmüş işlərin nəticələrini qiymətləndirəcək və əməkdaşlığın inkişaf dinamikasının monitorinqini aparacaq. Memorandumda da hər iki universitet tərəfindən əlaqələndiricilərin müəyyənləşdirilməsi, onların birgə fəaliyyətləri planlaşdırması, akademik nəticələr barədə məlumat mübadiləsi aparması və zərurət yarandıqda fakültə və kafedra nümayəndələrindən ibarət işçi qrupların yaradılması nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində tələbə və müəllimlər üçün bir semestrlik və qısamüddətli akademik mübadilə proqramlarının həyata keçirilməsi, yay və qış məktəblərinin təşkili, doktorantlar və gənc tədqiqatçılar üçün elmi staj proqramlarının yaradılması planlaşdırılır.
Bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələrin tərəfdaş universitetdə təhsil və tədqiqat fəaliyyətinə cəlb olunması, professor-müəllim heyətinin birgə dərslər, açıq mühazirələr və elmi araşdırmalarda iştirakı da əməkdaşlığın əsas istiqamətlərindəndir. Memorandumda bakalavr, magistr və doktorantların təhsil və tədqiqat məqsədilə qəbul edilməsi, professor-müəllim və əməkdaşların tədris və elmi fəaliyyətlərə cəlb olunması nəzərdə tutulur.
Tərəflər süni intellekt, kibertəhlükəsizlik, data analitikası, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və davamlı inkişaf sahələrində birgə elmi-tədqiqat layihələrinin hazırlanması barədə razılığa gəliblər.
Bu istiqamətdə TÜBİTAK və TÜRKUNİB kimi beynəlxalq proqram və fondlara birgə layihə müraciətlərinin təqdim olunması, ortaq elmi məqalələrin, monoqrafiyaların və metodik nəşrlərin hazırlanması nəzərdə tutulur.
Memorandum birgə tədqiqat və ömürboyu təhsil proqramlarının həyata keçirilməsini, innovativ tədris və idarəetmə təcrübələrinin mübadiləsini, ətraf mühitin idarə olunması sahəsində ortaq təşəbbüslərin və elmi-metodik nəşrlərin hazırlanmasını da əhatə edir.
Görüşdə kompüter mühəndisliyi, biznesin idarə edilməsi, iqtisadiyyat və təhsil sahələrində bakalavr və magistratura səviyyələrində ikili diplom proqramlarının yaradılması imkanları da müzakirə olunub.
Bu məqsədlə mövcud təhsil proqramlarının və kurikulumların müqayisəli təhlilinin aparılması, kreditlərin qarşılıqlı tanınması, təlim nəticələrinin uyğunlaşdırılması və akademik keyfiyyət təminatı mexanizmlərinin formalaşdırılması nəzərdə tutulur.
İkili diplom proqramları üzrə ilkin akademik və hüquqi qiymətləndirmələr Birgə Koordinasiya Komitəsi və universitetlərin aidiyyəti struktur bölmələri tərəfindən həyata keçiriləcək.
Rektorlar iki universitetin iştirakı ilə elmi-tədqiqat və tədris laboratoriyalarının yaradılmasının, mövcud laboratoriya infrastrukturundan birgə istifadənin və tədqiqatçılar üçün açıq elmi mühitin formalaşdırılmasının vacibliyini qeyd ediblər.
Memorandum çərçivəsində mərkəzlərin, laboratoriyaların və institutların qarşılıqlı faydalı layihələr həyata keçirməsi, həmçinin tərəflərin razılığı əsasında layihə xərclərinin bölüşdürülməsi mümkündür.
Rəqəmsal təhsil istiqamətində birgə onlayn kursların hazırlanması, virtual laboratoriyaların yaradılması, rəqəmsal universitet idarəetməsi, elektron tədris resursları və innovativ qiymətləndirmə mexanizmləri üzrə təcrübə mübadiləsinin aparılması planlaşdırılır.
Əməkdaşlıq proqramında “Azərbaycan–Türkiyə Ali Təhsil Forumu”nun keçirilməsi, Türk dünyasında innovasiya, rəqəmsallaşma, yaşıl iqtisadiyyat və ali təhsilin gələcəyi mövzularında beynəlxalq konfrans və seminarların təşkili də nəzərdə tutulur.
Hər iki universitetin professorlarının açıq mühazirələrinin, ustad dərslərinin, qısamüddətli təlimlərin və elmi görüşlərin təşkili planlaşdırılır. Memorandum simpoziumların, konfransların, qısamüddətli kursların və tədqiqat mövzularına həsr olunmuş görüşlərin keçirilməsini əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir.
Tərəflər tələbə və gənc tədqiqatçıların innovativ ideyalarının dəstəklənməsi məqsədilə startap akselerasiya proqramlarının, hackathonların, innovasiya müsabiqələrinin və mentorluq proqramlarının təşkili imkanlarını müzakirə ediblər.
Universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, elmi nəticələrin real sektora transferi, tələbələrin sahibkarlıq və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, eləcə də ortaq texnologiya və innovasiya layihələrinin həyata keçirilməsi əsas prioritetlər sırasında yer alır.
Əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkiyə mədəniyyət həftələrinin təşkili, akademik türk dili və Azərbaycan dili üzrə sertifikat proqramlarının hazırlanması, iki ölkənin tələbə və müəllimləri arasında mədəni dialoqun genişləndirilməsi planlaşdırılır.
Eyni zamanda, Türk dünyasının ortaq tarixi, dili, ədəbiyyatı və mədəni irsinin öyrənilməsi məqsədilə birgə tədqiqat mərkəzinin yaradılması imkanları nəzərdən keçiriləcək.
Görüşün sonunda Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Marmara Universitetinin rektoru Prof. Dr. Mehmet Emin Okur tərəfindən imzalanan Anlaşma Memorandumu ilə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın hüquqi və institusional əsasları müəyyənləşdirilib. Sənəddə tərəflərin səlahiyyətli nümayəndələri kimi hər iki universitetin rektorları göstərilib.
Üç il müddətində qüvvədə olacaq Memorandum davam edən proqram və layihələrin sənədin müddəti başa çatdıqdan sonra da yekunlaşdırılmasına imkan verir.
Yeni əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin beynəlxalqlaşma, keyfiyyətli təhsil, rəqəmsal transformasiya, elmi məhsuldarlıq və tələbəyönümlü inkişaf prioritetlərinə uyğun olaraq universitetin qlobal tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə, tələbə və əməkdaşlar üçün yeni akademik imkanların yaradılmasına mühüm töhfə verəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 İyul 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri