Icma.az
close
up
RU
GDU ilə Dokuz Eylül Universiteti arasında qarşılıqlı əlaqələr genişlənir AZƏRTAC

GDU ilə Dokuz Eylül Universiteti arasında qarşılıqlı əlaqələr genişlənir AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 13 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun rəhbərlik etdiyi nümayəndə heyəti Dokuz Eylül Universiteti ilə elmi əməkdaşlığı genişləndirmək üçün Türkiyədə işgüzar səfərdədir.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qardaş ölkəyə işgüzar səfər çərçivəsində Gəncə Dövlət Universitetinin nümayəndə heyəti ikili diplom proqramı ilə əlaqədar Dokuz Eylül Universitetində keçirilən Elmi Şura iclasında iştirak edib.

İclasda çıxış edənlər GDU ilə elmi əməkdaşlığı yüksək dəyərləndirib və nümayəndə heyətini Dokuz Eylül Universitetində görməkdən məmnun olduqlarını dilə gətiriblər.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Türkiyə ilə Azərbaycanın qardaşlıq əlaqələrindən danışıb, xalqlarımızın bir-birinə bağlılığının çox qədim tarixə söykəndiyini qeyd edib. Dokuz Eylül Universiteti ilə həyata keçirilən ikili diplom proqramının önəmindən danışan rektor elmi əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinə dəstək göstərəcəyini bildirib. O, GDU-da ikili diplom proqramı üzrə təhsil alan Türkiyəli tələbələrin yataqxana ilə təmin olunacağını söyləyib.

Görüşdə tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib, “Tarix” və “İqtisadiyyat” ixtisasları üzrə nəzərdə tutulmuş ikili diplom proqramının icrası üçün ilkin danışıqlar aparılıb və tərəflər arasında razılıq əldə olunub.

GDU-nun Ümumi işlər üzrə prorektoru Samir Məmmədov, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev çıxış ediblər. Əməkdaşlıq çərçivəsində ötən tədris ilində akademik heyətin qarşılıqlı təcrübə mübadiləsinin və elmi tədqiqatların çox faydalı olduğu diqqətə çatdırılıb.

Daha sonra Gəncə Dövlət Universiteti və Dokuz Eylül Universiteti arasında mövcud olan qarşılıqlı anlaşma memorandumu növbəti üç il müddətinə uzadılıb.

Sənəddə ikili diplom çərçivəsində ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, tələbə və müəllim mübadiləsi, birgə akademik konfransların keçirilməsi və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri