Mebel almaq istədi, aldandı (Video)
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Mebel almaq istəyən şəxs aldadılıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, paytaxt sakini Ulduz İbadov dələduzluqla üzləşdiyini iddia edir. O bildirir ki, tiktokda gördüyü Hacıoğlu mebel səhifəsindən 500 manat dəyərində mebel sifariş edib, bunun üçün əvvəlcədən səhifə sahibinə beh də ödəyib.
Şikayətçi bildirir ki, sözügedən mebel şirkətinin iri ticarət mərkəzlərindən birində yerləşdiyi bildirilib. Ulduz İbadov mebelin çatdırılacağı vaxtda yenidən şirkətlə əlaqə saxlayıb. Lakin onun zənglərinə cavab verilməyib və aldığı mebel də ona çatdırılmayıb.
Vətəndaşın mebel aldığı Hacıoğlu mebel şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin onların tiktok səhifələrində qeyd etdikləri nömrənin işləmədiyini gördük. Vətəndaş artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etdiyini bildirib.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 08 Noyabr 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















