Icma.az
close
up
RU
Məcburi köçkünlər psixososial dəstəkdən faydanıblar

Məcburi köçkünlər psixososial dəstəkdən faydanıblar

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin nəticəsi olaraq, məcburi köçkünlərin doğma yurda qayıdışı getdikcə sürətlənir. Dövlətimizin başçısının tapşırıqları əsasında, Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində icra olunan tədbirlər işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və iqtisadi inteqrasiya üçün əlverişli şərait yaradır.
Newscenter.az xəbər verir ki, bununla yanaşı, Böyük Qayıdış məcburi köçkünlər üçün təkcə uzun illərdir, müvəqqəti də olsa, məskunlaşdıqları coğrafi məkanı dəyişmək deyil, həm də emosional, sosial, psixoloji cəhətdən yeni bir yaşayış mühitinə keçməkdir. Belə ki, bu prosesin yeni mühitə uyğunlaşmaq, məşğulluq məsələsini həll etmək, peşə bacarıqlarını artırmaq, özünü inkişafa və iqtisadi inteqrasiyaya nail olmaq kimi mühüm cəhətləri vardır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurda geri dönən həmvətənlərimizə psixososial dəstəyin təmin edilməsinin vacibliyini nəzərə alaraq məqsədyönlü tədbirlər görür. Dövlət Komitəsinin təşkilatçılığı, uzman klinik psixoloq, İstanbul Aydın univesitetinin doktorantı Fəxriyyə Nəsirzadənin rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi məcburi köçkünlərin emosional, psixoloji və sosial reinteqrasiyasına dəstək verməkdir.
Layihə üzrə bu ilin may ayında onlayn formatda 5 psixoloji dəstək seansı təşkil olunub. Bu seanslara cəlb olunan məcburi köçkünlər yaşadıqları travmalarla bağlı fikirlərini bölüşüb, həmrəylik mühitində emosialarını sərbəst ifadə etməyə çalışıblar.
İyun ayında isə Bakıda, Qəbələdə və Bərdədə, layihə çərçivəsində, təlimlər təşkil edilib. Təlimlərdə iştirak edən məcburi köçkünlərə emosional yüklənmənin azaldılması, məşğulluq üçün psixoloji hazırlığın artırılması, motivasiya və özünəinamın gücləndirilməsi kimi mövzularda praktiki bilik və tövsiyələr, fərdi qaydada psixoloji məsləhət verilib.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyul 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri