Icma.az
close
up
RU
Keçmiş məcburi köçkünlər psixososial dəstəkdən faydanıblar

Keçmiş məcburi köçkünlər psixososial dəstəkdən faydanıblar

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin may ayında onlayn formatda 5 psixoloji dəstək seansı təşkil olunub

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin nəticəsi olaraq, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı getdikcə sürətlənir. Dövlətmizin başçısının tapşırıqları əsasında, “Böyük Qayıdışa” dair Birinci Dövlət Proqramı çərçivəsində icra olunan tədbirlər işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və iqtisadi inteqrasiya üçün əlverişli şərait yaradır. AYNA.AZ xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, bununla yanaşı, “Böyük Qayıdış” keçmiş məcburi köçkünlər üçün təkcə uzun illərdir müvəqqəti də olsa məskunlaşdıqları coğrafi məkanı dəyişmək deyil, həm də emosional, sosial, psixoloji cəhətdən yeni bir yaşayış mühitinə keçməkdir. Belə ki, bu prosesin yeni mühitə uyğunlaşması, məşğulluq məsələsini həll etmək, peşə bacarıqlarını artırmaq, özünü inkişafa və iqtisadi inteqrasiyaya nail olmaq kimi mühüm cəhətləri vardır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurda geri dönən həmvətənlərimizə psixososial dəstəyin təmin edilməsinin vacibliyini nəzərə alaraq, məqsədyönlü tədbirlər görür. Dövlət Komitəsinin təşkilatçılığı, uzman klinik psixoloq, İstanbul Aydın Univesitetinin doktorantı Fəxriyyə Nəsirzadənin rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi məcburi köçkünlərin emosional, psixoloji və sosial reinteqrasiyasına dəstək verməkdir.

Layihə üzrə bu ilin may ayında onlayn formatda 5 psixoloji dəstək seansı təşkil olunub. Bu seanslara cəlb olunan məcburi köçkünlər yaşadıqları travmalarla bağlı fikirlərini bölüşüb, həmrəylik mühitində emosialarını sərbəst ifadə etməyə çalışıblar.

İyun ayında isə Bakıda, Qəbələdə və Bərdədə, layihə çərçivəsində, təlimlər təşkil edilib. Təlimlərdə iştirak edən məcburi köçkünlərə emosional yüklənmənin azaldılması, məşğulluq üçün psixoloji hazırlığın artırılması, motivasiya və özünəinamın gücləndirilməsi kimi mövzularda praktiki bilik və tövsiyələr, fərdi qaydada psixoloji məsləhət verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 İyul 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri