Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ilə görüşüb.
Nazir Məcnun Məmmədov Azərbaycan və Macarıstan arasında əlaqələrin, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi məsələləri müzakirə olunub.
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) arasında ikili diplom proqramı ilə bağlı əməkdaşlıq, bu proqram çərçivəsində Azərbaycanda hər iki ali təhsil müəssisəsinin bazasında Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi məsələsinə də toxunulub.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 İyun 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















