Icma.az
close
up
RU
“Mədəni” evlilik, “sivil” ailə, “vətəndaş” nikahı və atasız uşaqlar ANALİZ

“Mədəni” evlilik, “sivil” ailə, “vətəndaş” nikahı və atasız uşaqlar ANALİZ

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Son 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdankənar doğulub. Dövlət Statistika Komitəsinin (DSK) rəsmi göstəricilərinə görə, 2024-cü ildə ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulanların sayı 13 228 olub. 2023-cü ildə isə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 15 622 təşkil edib. 2022-ci ildə 18814, 2021-ci ilə 17566, 2020-ci ildə isə 17714 uşaq qeyri-rəsmi nikahlardan doğulub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Facebook social şəbəkəsindəki rəsmi hesabında nikahdankənar doğulan uşaqların sayındakı azalma son illərdə nikahdankənar doğulan uşaqların sayı ilə bağlı statistika ailə institutu sahəsində aparılan hüquqi islahatların təsirini və cəmiyyətin bu mövzuya dair sosial davranış modellərini əks etdirən mühüm göstəricilərdən biri hesab olunur.

Ailə, valideynlər və uşaqlardan ibarət ən kiçik sosial quruluşlu müəssisədir və cəmiyyəti təşkil edən institutların ən vacibidir. Ona görə də tarixən güclü ailə quruluşu, güclü cəmiyyət ilə assossasiya olunub. Əgər bir cəmiyyəti süquta uğratmaq, əxlaqi dəyərlərini gözdən salmaq, bütün mənəvi dəyərləri tapdamaq istəyirsənsə öncə ailədən başlamaq lazımdır.

Əslində ənənəvi azərbaycanlı ailəsindəki parçalanma, nəsillər arası fərqlər, boşanmaların çoxalması, vətəndaş nikahlarının və atasız uşaqların getdikcə artması bir qədər gözlənilən idi, çünki hadisələrin inkişafı bu sonu qaçınılmaz etmişdi. Lakin bu dərəcədə aşınma bir növ inqilab, çevriliş effektli oldu. Yəni biz bu həddi gözləmirdik, ona görə başımıza gələndə çaşdıq. Son 5 ilin 100 minlik nikahdankənar uşaq statistikası bizə "şok" effekti verdi.

"Şok" effekti yaşasaq da bir çoxmuz bu nəticənin olacağını əxlaqsızlığın adını, donunu, tərkibini dəyişib “vətəndaş nikahı” dedikləri vaxtdan proqnozlamışdıq. Vətəndaş nikahı adlanan vəziyyət, iki şəxsin heç bir dövlət və yaxud qeyri-dövlət orqanı ilə razılaşdırmadığı, rəsmi təsdiqi olmayan könüllü ittifaqıdır. Ona görə ittifaq deyirəm ki, onlar ailə olaraq tanınmırlar. Onları yalnız münasibətləri birləşdirir, bu münasibətləri təsdiqləyən heç bir hüquqi sənədləri yoxdur. Buna görə də dövlət onları ailə kimi qəbul etmir. Bu gün gənclərin isti baxdığı bu ittifaq bir yerdə yaşamaq, bir evi paylaşmaq, hətta dünyaya uşaq gətirmək kimi öhdəliklər yerinə yetirir.

Nikahdankənar doğulan uşaqların gələcəkdə alimentlə bağlı problemlərinin həll edilməsi də atalığının tanınması məsələsindən asılıdır. Əvvəl uşağın atası müəyyənləşdirilməlidir, dövlət qeydiyyatına alınmasından sonra atadan aliment tutulması üçün məhkəməyə müraciət oluna bilər. Əks təqdirdə uşağın xeyrinə aliment tutulması məsələsi iddia qaydasında məhkəmə baxışının predmeti ola bilməz. Təsəvvür edirsiniz? Qadın öz uşağının atasının kim olduğunu bildiyi halda yenə də bunu müəyyənləşdirmək üçün hüquqi prosedurlardan keçməlidir. Niyə? Çünki rəsmi nikah olmadan dünyaya uşaq gətirib.

Vətəndaşı nikahı adı qədər məsum vəziyyət deyil. Ona hər ölkədə bir cür ad veriblər, “mədəni evlilik”, “sivil evlilik” kimi məsələn. Maraqlıdır ki, hamısında da humanist ifadələr seçilir. Bizim ölkədə də illərdir müəyyən qüvvələr tərəfindən vətəndaş nikahının təbliğatı aparılır, gənclərin nikaha daxil olmadan birlikdə yaşaması, cinsi münasibətdə olması açıq-aşkar təbliğ edilir.

Bunun nəticəsidir ki vətəndaş nikahı 10 il əvvəl nadir rastlanan vəziyyət idisə, bu gün normal qarşılanır ölkəmizdə. Tanınmışlar, məşhurlar çıxır efirdə vətəndaş nikahının normal olduğunu, evli sevgilisindən dünyaya uşaq gətirdiyini deyir. Televiziyalar əxlaqsızlığı təbliğ edir, utanmadan, qızarmadan, normalmış kimi. Atasız uşaqlar, anasının himayəsində böyüyən körpələr artır və bunun adını vətəndaş nikahı qoyurlar.

Ailə anlayışı bu qədər cılızlaşdısa bunun arxasında efir, telekanallar, dırnaqarası sosial layihələr dayanır. O verilişlərlə qızlara asi olmağı, ərli qadınlara evdən qaçmağı öyrətdilər, evli kişilərin subay qız qaçırmasını, ensest münasibətləri normallaşdırdılar. Birbaşa yox, dolayı yollarla. Üsulluca, kirmişcə, lap pambıqla baş kəsmək kimi. Məşhur similar çıxıb efirdə evil kişidən uşaq doğduğunu rahatca dedi, nikahı olmadığı halda uşağının başqa bir qadınla evil olan, ayrı ailəsi olan atasını efirlərdə “həyat yoldaşımdır” deyərək qələmə verdi, uşağının nikahdankənar doğulduğunu rahatlıqla söylədi. Bunu minlərlə, minlyonlarla adam dinlədi, izlədi və anormal vəziyyət beləcə yavaş-yavaş normallaşdı.

Bir narahatedici vəziyyət də var ki, bizim cəmiyyətdə ailə qurmaq, evlənmək deyəndə toy edilib nümayişkaranə gəlin getmək, gəlin gətirmək başa düşülür. Əgər gəlinin belinə qırmızı bağladınsa, xonça oynatdınsa, 500 nəfərin önündə toy etdinsə rəsmi nikaha ehtiyac duyulmur, gənclər qanuni ailə sayılır. Ən böyük səhv də burdan başlanır. Gənclər toy edir, bir evdə vətəndaş nikahında yaşamağa başlayır, övladları dünyaya gəlir, ya uşaq pulu almaq üçün sənədə ehtiyac olanda, ya da uşaq məktəbə gedəndə rəsmi nikah yada düşür. Bu vaxtadək ailədə doğulan uşaqlar qeyri-rəsmi yolla, nikahdankənar doğulmuş hesab edilir.

Araşdırsaq görərik ki, rəsmi nikahı olmayan ailələrdə ya hər iki tərəf, ya da qadın yetkinlik yaşına çatmamış evləndirilib. Azərbaycan qanunlarına görə 18 yaş nikah yaşı hesab edilir, amma bəzi bölgələrimizdə 13-15 yaşda belə qızlar evləndilir, bu halda rəsmi nikah üçün müraciət edə bilməzlər, qanunla cinayət məsuliyyəti daşıdıqlarını bilirlər. Belə vəziyyətlərdə dini nikahla məsələni bitmiş hesab edirlər.

Bir başqa problem isə ailələrin və gənclərin dini nikahı rəsmi nikahdan daha üstün hesab etməsi məsələsidir. Məsələ ondadır ki, ailə böyükləri toyqabağı gəncləri dini nikaha girməyə məcbur etdikləri qədər rəsmi nikah tələbini dilə gətirmirlər. Azərbaycan dünyəvi dövlətdir və ailənin dövlət tərəfindən qanuni tanınması üçün rəsmi nikah şərtdir. Əks halda dövlət o ailəni tanımır, orda doğulan uşaqlara görə hər hansı maddi öhdəlik daşımır. Uşaqlar üçün verilən müavinətlər də bu səbəbdən rəsmi nikahı olan ailələr üçün nəzərdə tutulub. Bu məsələdə din xadimlərinin məsuliyyəti də əhəmiyyətli dərəcədə rol oynayır. Belə ki, dini nikah üçün müraciət edənlərin rəsmi nikah şəhadətnaməsini tələb etsələr problem qismən də olsa aradan qalxar.

Bir sözlə, qeyri-rəsmi münasibətləri, bu münasibətlərdən doğulan uşaqları, nikahsız yaşamağı normallaşdırmağa verilən addır “vətəndaş nikahı” ifadəsi. Adını nə qoyurlar qoysunlar, yumşaltmağa, suvaq vurmağa çalışsalar da mahiyyəti eynidir – qanundankənar, qəbul edilməyən. Nikahdankənar doğulan uşaqların hüququnu doğulmadan pozmaq isə ona ediləcək ən böyük pislikdir. Övladına bu adla doğulmağı rava görənlər, nikahsız dünyaya uşaq gətirənlər üçün bu nə qədər əhəmiyyətlidir, orası müəmmalıdır.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri