Icma.az
close
up
RU
Müstəmləkəçilik sivil dünyaya ləkədir

Müstəmləkəçilik sivil dünyaya ləkədir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa bu həqiqəti qəbul etmək istəmir

Afrika qitəsinin tarixi yerli xalqların həyatını kökündən dəyişdirən və gələcək inkişaf kursunu əvvəlcədən müəyyən edən kataklizmlər və dönüş nöqtələri ilə doludur. Afrikaya soxulan avropalılar “qara qitə”nin gününü qaraya döndərdilər, materikin sakinlərinə misilsiz fəlakətlər gətirdilər. Əvvəlcə qullar Avropaya aparıldı, 16-cı əsrdən etibarən isə okeanın o tayına daşımağa başladılar. Afrika sakinlərinin əsarət altına alınması və onlarla ticarət edilməsi dörd əsrdən çox davam etdi və dördəsrlik utancın ağırlığını Fransa kimi ölkələr hələ də çiyinlərində daşıyırlar. Paris keçmişilə hesablaşmaq əvəzinə ədalətli dünya uğrunda savaşan Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Amma əlahəzrət fakt Fransanın doğru yolda olmadağını göstərir.

Fransada “Viginum” adlanan Xarici rəqəmsal müdaxilədən müdafiə agentliyi var. Bu agentliyə istinadən bəzi yerli mətbuat orqanları yazırlar ki, guya, Azərbaycan sosial şəbəkələrdə Fransanın müstəmləkələrindəki əhali arasında imicini korlamağa çalışır. Bütün bu ittihamlar, əlbəttə ki, əsassızdır. Fransanın onsuz da müstəmləkə ölkələrində nüfuzu aşağıdır. Axı dörd əsr müstəmləkə ölkələrinə qarşı amansız siyasət yürüdən məhz Parisdir. Beşinci Respublikanın qaradərililəri və ərəbəsilli insanları işgəncələrə məruz qoyduğu qaranlıq keçmişi var. Sanki 17-ci əsrin ortalarında istər Afrikada, istərsə də yeni kəşf edilən Amerika qitəsində sürətlə əraziləri ələ keçirən və işğal etdikləri yerlərin təbii sərvətlərini amansız istismar edən Fransa olmayıb. Trans-Atlantik və Trans-Hind Okeanı qul ticarətində iştirak, Şimali Amerika koloniyalarının pambıq plantasiyalarında və Karib dənizi adalarındakı şəkər qamışı plantasiyalarında afrikalı qulların istismarından əldə edilən gəlir başda Fransa olmaqla “qoca qitə”də kapitalın ilkin toplanmasına şərait yaratdı. Məhz qul əməyindən istifadə Avropada manufakturaları genişləndirməyə və onları iri sənaye müəssisələrinə - zavod və fabriklərə çevirməyə imkan verdi.

Faktlar təsdiqləyir ki, Avropa ölkələrinin Afrikanı dörd əsrdən çox amansız istismar etmələri nəinki böyük əzablara və milyonlarla afrikalının ölümünə səbəb oldu, həm də “qara qitə”nin digər qitələrlə müqayisədə geridə qalmasına və kütləvi yoxsulluğun cənginə düşməsinə gətirib çıxardı. Xüsusilə qeyd etmək lazımdır ki, Qərbin müstəmləkəçilik siyasəti Avropa təhsil mühitində formalaşan müvafiq ideoloji əsaslandırma tələb edirdi. Demək lazımdır ki, Böyük Fransa İnqilabının “Azadlıq, bərabərlik, qardaşlıq” şüarı sırf Qərb sivilizasiyası ərazisi ilə məhdudlaşdı. Ona görə də, Avropada maarifçilikdən sonrakı əsr müstəmləkə əsrinə çevrildi. Təsadüfi deyil ki, Avropa gücləri Afrikadakı müstəmləkəçiliyi afrikalıları “sivilləşdirmək” və “xristianlaşdırmaq” öhdəliyi ilə əsaslandırırdılar. Afrikalıların Avropa xalqları ilə müqayisədə “zehni geriliyi” ilə bağlı absurd fikirlər irəli sürülürdü və hətta bu biabırçı mülahizələri elmi cəhətdən əsaslandırmağa çalışırdılar. Bununla belə, həm “sivilizasiya missiyası”nın özü, həm də Fransanın Afrikadakı siyasəti tamamilə irqçi idi və müstəmləkəçilik dövlət tərəfindən təsdiqlənmiş zorakılıq aktı idi. Buna görə də, təəccüblü deyil ki, fransızlar ərəbləri və afrikalıları “barbar” hesab etməklə yanaşı, demokratiya ilə müstəmləkəçiliyin uyğunluğunu da məqbul sayırdılar.

Qərbin müstəmləkə ekspansiyası təkcə insan ticarətini çiçəkləndirmədi, o həm də mədəni sərvətlərin talan edilməsi ilə müşayiət olundu. Bu utancverici prosesdə ən çox əziyyət çəkən də Afrika oldu: Ən qiymətli eksponatların çoxu və ya Afrika sənətinin təxminən 80-90 faizi oğurlandı və qitədən kənara aparıldı. Təsadüfi deyil ki, Afrikanın 30 ölkəsinin tarixi-mədəni irsinə aid obyektlər Fransa muzeylərini bəzəyir. İndi bu ölkələr oğurlanmış mədəni irslərini geri qaytarmağa çalışsalar da, uğur qazana bilmirlər. Uğursuzluğun əsas səbəbi də budur ki, Fransa kimi Avropanın digər ölkələrinin səyləri sayəsində mədəni dəyərlərin statusunu tənzimləyən müasir beynəlxalq hüquqi baza bunun üçün qanunvericilik şəraiti yaratmır. Bu reallığı şərh edən beynəlxalq ekspertlər bildirirlər ki, mədəni dəyərlərin dövriyyəsini tənzimləyən beynəlxalq hüquq normaları qərblilərin təbliğ etdiyi “qaydalara əsaslanan nizam”ın açıq neokolonial xarakter daşıdığının əyani sübutudur. Məsələn, Luvr və Fransanın digər muzeylərinin bütün eksponatları İrs Kodeksinin normalarına uyğun olaraq, artefaktların ayrılmazlığı prinsiplərinə tabedir və bu qərara əsasən də Paris Afrika ölkələrinə mədəni dəyərlərini qaytarmaqdan imtina edir.

Fransanın müstəmləkə siyasətinin acı nəticələri bunlarla yekunlaşmır. 1848-ci ildə Fransanın xaricdəki müstəmləkələrində köləliyin ləğvi ilə 200 mindən çox qul vətəndaşa çevrildi. Ancaq onların yalnız nömrələri və ləqəbləri var idi. Azadlıq əldə etsələr də, soyadlarını seçmək hüququna malik deyildilər. Onlara adı və soyadı dövlət verirdi. Tezliklə bəzi soyadların alçaldıcı və absurd olduğu ortaya çıxdı. Yalnız 2001-ci idə Fransa parlamenti “qulların övladlarına” müstəqil şəkildə ad və soyad seçmək hüququnu tanıyan qanun layihəsini qəbul etdi. Maraqlıdır ki, bu təşəbbüsün müəllifi də Fransız Qvianasından olan deputat Kristian Tubira idi.

Fransa hökuməti utancverici keçmişinə müsbət çalarlar əlavə edəcək addımlar da atmır. İncitdiyi, alçaltdığı, keçmişlərini, gələcəklərini, tarixlərini oğurladığı müstəmləkə xalqlarının acısını azaltmağa, bugünkü bərabərsizlik və ayrı-seçkilik təcrübələrindən qaynaqlanan davamlı kollektiv travmanı sağaltmağa və qulların nəsillərində qurban kompleksini ortadan qaldırmağa tələsmir. Qulların nəsillərinin hüququları uğrunda mübarizə aparan “23 may 1998-ci il Komitəsi” Assosiasiyasının fəalları Fransa hakimiyyətindən Tuilri bağında köləlik qurbanları üçün xatirə abidəsi ucaltmağı tələb etsələr də, Paris ancaq vəd verməklə kifayətlənir. 2018-ci ilin aprelində Fransa prezidenti Emmanuel Makron köləlik qurbanlarının xatirəsinə Milli Memorialın açılacağını vəd etsə də, layihə həyata keçirilmədi. Bu iş təxirə salınır, gələn ildə də layihənin baş tutacağına inam azdır. Çünki Fransada güclənən ksenafobiya, irqçilik belə düşünməyə əsas verir.

Bütün bunların fonunda Fransa keçmiş və indiki günahları ilə hesablaşmaq əvəzinə kənarda günahkarlar axtarır. Amma tarixi ədalət hər zaman qalib gəlir. Fransanın zorla nəzarətində saxlamağa çalışdığı ərazilərdə azadlıq məşəlinin alovlanacağı gün də uzaqda deyil. Çünki müasir dünyada müstəmləkəçiliyə yer yoxdur və Paris bu həqiqəti qəbul etməlidir.

S.ELAY
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Dekabr 2024 01:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri