Icma.az
close
up
RU
“Mədəni İnkişafın Təbliği” İctimai Birliyi Oğuzda tədbir keçirdi FOTOLAR

“Mədəni İnkişafın Təbliği” İctimai Birliyi Oğuzda tədbir keçirdi FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Mədəni inkişafın təbliği” İctimai Birliyi (MİTİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi və Oğuz rayon İcra hakimiyyətinin təşkilati dəstəyi ilə “Qərbi Azərbaycanın tarixinin, ədəbi mühitinin tədqiqi və təbliği”  layihəsi çərçivəsində Oğuz rayonu Yaqublu kəndində tədbir keçirdi.

"Cebheinfo.az" xəbər verir ki, Böyük Azərbaycanın bir parçası olan Qərbi Azərbaycanda yaşayan Azərbaycan türkləri tarix boyu zəngin folklor irsi yaratmışlar. Bu irs o qədər böyükdür ki, həmin bölgəyə məxsus folkloru nəzərə almadan Azərbaycan folklorunun ümumi mənzərəsini yaratmaq mümkün deyil. Bu məqsədlə də həyata keçirilən iki aylıq layihənin əsas vəzifəsi Qərbi Azərbaycanın tarixinin, Qərbi Azərbaycanda olan toponimlərin, ədəbi mühitinin təbliği və Oğuz rayonuna 1918, 1937-38, 1948, 1953, 1987-ci illərdə deportasiya olunmuş azərbaycanlılarla görüş keçirmək idi.

İki aylıq layihə çərçivəsində Oğuz rayonunda 3 görüşün keçirilməsi nəzərdə tutulmuşdur. Birinci tədbir 21 avqustda 2025-ci tarixində Oğuz şəhərində, ikinci  tədbir 25 avqust 2025-ci il tarixində Oğuz rayonu Tale Babayev ad. Yaqublu kənd tam orta ümumtəhsil məktəbində keçirildi. Qeyd edək ki, Oğuz rayonunun Yaqublu kəndinə (1918-1920-ci, 1948, 1953, 1987-ci illərdə) Qərbi Azərbaycandan olan insanlar  deportasiya olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri layihə rəhbəri Xatirə Fərəcli açaraq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətindən bəhs etdi.  Çıxış edənlər qeyd etdilər ki, regionlarda   keçirilən bu cür tədbirlərin Qərbi Azərbaycan ilə bağlı faktların geniş ictimaiyyətə çatdırılmasında, insanların tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında çox əhəmiyyətlidir.

Hər iki tədbirin həyata keçirilməsində Oğuz rayon İcra Hakimiyyəti təşkilati  dəstək göstərmişdir. Tədbirlərdə Oğuz rayon İctimai-siyasi və Hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həmidov Cavid, Oğuz Rayon İcra Hakimiyyətində Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisi Əhməd Ağababayev, Yaqublu İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Bəxtiyar İsmayılov, Yaqublu İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini Mirimdad Ağayev, kəndin ziyalıları Təranə Manafova, İradə xanım, Jalə xanım, Zərrab kənd sakini Abbas Həşimov iştirak edirdi.

AMEA Folklor İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin baş mütəxəssisi, politoloq  Vəfa Saleh Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət, həmçinin tarixi faktların obyektiv şəkildə təbliğindən, filoloq  Şəbnəm Hüseynova Qərbi Azərbaycanın ədəbi mühiti haqqında, tədqiqatçı Ülviyyə Behbudova Qərbi Azərbaycana qayıdışla bağlı hər kəsin üzərinə düşən mənəvi məsuliyyətdən bəhs edib, Gender məsələləri üzrə mütəxəssis Samirə Şaqavatova Qərbi Azərbaycanla bağlı gerçəklərin geniş ictimaiyyətə çatdırılmasının önəmini vurğulayıb. Yerli sakinlər arasında çıxış edən Abbas Həşimov keçirilən sözügedən tədbirin bu istiqamətdə çox mühüm  fəaliyyət olduğunu qeyd edib.

Tədbir maraqlı, əhəmiyyətli və yaddaqalan oldu. xatirə şəkilləri çəkildi.

“Qərbi Azərbaycanın tarixinin, ədəbi mühitinin tədqiqi və təbliği  layihəsi çərçivəsində sonuncu tədbirin Oğuz rayonunun Calut kəndlərində keçirilməsi nəzərdə tutulub.

Göstərdiyi dəstəyə görə başda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdulqədirov olmaqla, Oğuz rayon İctimai-siyasi və Hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavid Həmidova, Oğuz Rayon İcra Hakimiyyətində Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisi Əhməd Ağababayevə təşəkkürümüzü bildiririk.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri