Icma.az
close
up
RU
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi layihəsini davam etdirir FOTOLAR

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi layihəsini davam etdirir FOTOLAR

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində fəaliyyətini davam etdirir.

QHT.az xəbər verir ki, 18 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” mövzusunda seminar təşkil olunub. Tədbirdə Mərkəzin 60-a yaxın müəllim və tələbəsi, direktor müavini Orxan Vəliyev, “Miras” İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli iştirak edib.

Seminarı giriş sözü ilə açan Orxan Vəliyev Fariz Xəlillini təqdim edib, Birliyin Bakı şəhərindən kənarda yerləşən peşə təhsili müəssisəsində seminar keçirmək təşəbbüsünü yüksək qiymətləndirib. O, tələbələrin tikinti və quraşdırma sahəsində təhsil aldıqlarını və təcrübi fəaliyyətlərə cəlb olunduqlarını qeyd edib.

Fariz Xəlilli çıxışında mədəni irs abidələrində bərpa işlərindən əvvəl və sonra aparılan arxeoloji tədqiqatların elmi əhəmiyyətindən danışıb, O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev 1999-cu ildə “Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasını imzalayıb. Eyni zamanda, bu sahədə tətbiq edilən “Venesiya Xartiyası” bərpa, tikinti və quraşdırma işlərinə elmi yanaşmanı zəruri hesab edir. Məruzəçi, ilkin olaraq Qax rayonundakı Kürmük kilsəsinin vəziyyəti barədə məlumat verib, xristian irsinə aid bəzi abidələrin qonşu dövlətlər tərəfindən siyasi vasitəyə çevrildiyini bildirib. O, bu abidələrin daha qədim məbədlərin üzərində inşa edilməklə orijinal tarixi qatların korlandığını vurğulayıb. Ardınca Şamaxı rayonunun Dəmirçi kəndində yerləşən məscidin bərpa adı altında sökülərək başqa yerdə və başqa layihə əsasında yenidən tikilməsindən, 2017-ci ildə tikilməsinə baxmayaraq ona 755-ci il tarixi verilməsindən bəhs edib. Bu kimi hallar tarixi-mədəni mühitin saxtalaşdırılması kimi qiymətləndirilib. Fariz Xəlilli bildirib ki, arxeoloji tədqiqatlar təkcə qazıntı deyil, həm də mövcud tikililərin divarlarında, daxili strukturlarında və hətta sualtı mühitdə aparılmalıdır. O, tələbələrin diqqətinə çatdırıb ki, arxeoloji metodologiya yalnız qazıntı ilə məhdudlaşmır. Kələxana türbələri, Basqal qəsəbəsindəki Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, Bakı şəhəri Bayırşəhərdə yerləşən Zərgərpalan hamamı, Ağdaş şəhərindəki Hacı Bədəl Əfəndi məscidi, İsmayıllı rayonundakı Sulut məscidi kimi nümunələrdə aparılan arxeoloji tədqiqatlar bərpa öncəsi və sonrası elmi araşdırmaların zəruriliyini ortaya qoyur. O, tələbələri öz sahələrinin peşəkarı olmağa çağıraraq, müəllimlərə də praktik işlərdə tarixi abidələri seçim mövzusu olaraq tövsiyə edib.

Ardınca layihə rəhbəri Fariz Xəlilli “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin əsas məqsədini təqdim edib. Layihənin məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi” vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsini təmin etməkdir. Layihə çərçivəsində ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin, eləcə də elmi qurumların nümayəndələri bu prosesə cəlb ediləcək, mədəni irs sahəsində savadlılıq təşviq olunacaq. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınmış ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaitlər hazırlanacaq, qruplar üzrə sertifikatlı kurslar, praktiki təlimlər təşkil olunacaq, həmçinin seminarlar keçiriləcəkdir.

Seminar interaktiv şəkildə davam etdirilmiş, Mərkəzin müəllim və tələbələrinə “Miras” İctimai Birliyinin nəşrləri hədiyyə edilmişdir.

Layihənin icrası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 İyun 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri