Icma.az
close
up
RU
Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin təlim kursları başa çatıb FOTOLAR

Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin təlim kursları başa çatıb FOTOLAR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kurslarının keçirilməsi” layihəsinin icrasını davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, layihənin tədbirlər planına əsasən 16 iyul 2025-ci il tarixində Bakının Yasamal rayonu ərazisində yerləşən tarixi Zərgərpalan hamamında başlayan 8 günlük təlim kursları 25 iyul tarixində başa çatıb. Təlim kursları müvafiq qoruqların, muzeylərin, təhsil müəssisələrinin nümayəndələri və mədəni irsin qorunmasında digər maraqlı şəxslərdən ibarət, hər birində 15 iştirakçı olmaqla iki qrup üzrə təşkil olunub. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlim kursları mədəni irsin qorunmasına həsr olunmuş 16 fərqli mövzunu əhatə edib.

Təlim çərçivəsində “Mədəni İrs Ustad Məktəbi kursuna giriş” (Prof.Dr. Qafar Cəbiyev), “Zərgərpalan hamamı: beynəlxalq tədqiqat və konservasiya missiyası” (Prof.Dr. Luici Skrinzi), “Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” (Məleykə Hüseynova), “Azərbaycanın tarix-mədəniyyət qoruqları” (Dos.Dr. Günel Seyidəhmədli), “Azərbaycanın qeyri-maddi mədəni irsi” (Prof.Dr. Şikar Qasımov), “Muzeylər mədəni irsin keşiyində” (Dos.Dr. Nəzmin Cəfərova), “Mədəni irs abidələri üzərindəki epiqrafik tədqiqatlar” (Dos.Dr. Həbibə Əliyeva), “Dünya yaddaşı: əlyazma irsi” (Dr. Şəhla Xəlilli), “Tarixi-mədəni irsin rəqəmsallaşdırılması” (Dos.Dr. Pərvin Ahənçi), “Fövqəladə hallarda mədəni irsin qorunması” (Gülşən Hüseynova), “Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” (Arzu Həsənli), “Mədəni irs turizmi” (Aidə Məlikova), “Memarlıq abidələrinin bərpası və konservasiyası” (Dos.Dr. Məhəmməd Nurməmmədov), “Bərpa layihələrinin hazırlanması və uğurlu təcrübələr” (Əfqan Quliyev), “Bərpa və konservasiyada materiallar” (Nadirə Minə Yar) və “Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” (Dr. Fariz Xəlilli) mövzusunda dərslər keçirilib. Dərslər zamanı müvafiq mövzular üzrə ətraflı məlumatlar verilib, təqdimat və məruzələr dinlənilib, nəzəri məlumatlarla yanaşı, praktiki tapşırıqlar yerinə yetirilib, həmçinin, iştirakçıların mövzu ilə bağlı məlumatlılıq səviyyəsini və təlimin effektivliyini ölçmək üçün sorğular aparılıb. Dəsrlər interaktiv formada təşkil olunub və iştirakçıların yüksək fəallığı ilə seçilib. Aparılan şifahi və yazılı sorğular təlimin iştirakçılar üçün faydalı olduğunu və qarşıya qoyulan məqsədlərə çatdığını göstərir.

Qeyd edək ki, Layihə “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsinə yönəlib. Layihə çərçivəsində ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraq qrupları arasında mədəni irs sahəsində savadlılığın təşviq edilməsi nəzərdə tutulur. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaiti hazırlanıb, həmçinin 4 təhsil müəssisəsinin şagird, tələbə və müəllim heyəti üçün müxtəlif mövzular üzrə seminarlar keçirilib. Həmçinin Layihənin tədbirlər planına əsasən, xarici ekspertlərin iştirakı ilə bir vebinarın təşkili, tədris vəsaitinin nəşri və Kütləvi Açıq Onlayn Kursların (MOOC) hazırlanması nəzərdə tutulur.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri