Icma.az
close
up
RU
Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin MOOC hazırlığına start verilib FOTOLAR

Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin MOOC hazırlığına start verilib FOTOLAR

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kurslarının keçirilməsi” layihəsi çərçivəsində yeni bir mərhələyə start verilib.

"Cebheinfo.az" xəbər verir ki, layihənin tədbirlər planına uyğun olaraq Kütləvi Açıq Onlayn Kursların (MOOC – Massive Open Online Course) hazırlanmasına başlanılıb.

Bu məqsədlə mədəni irsin qorunmasına dair mövzuları əhatə edən dərslərin video çəkilişləri həyata keçirilib. Sözügedən onlayn dərslər, daha öncə həyata keçirilmiş təlim kursu zamanı yerli və beynəlxalq ekspertlərin təqdim etdiyi 16 müxtəlif mövzunu əhatə edir: “Mədəni İrs Ustad Məktəbi kursuna giriş” (Prof. Dr. Qafar Cəbiyev), “Zərgərpalan hamamı: beynəlxalq tədqiqat və konservasiya missiyası” (Prof. Dr. Luigi Scrinzi), “Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” (Məleykə Hüseynova), “Azərbaycanın tarix-mədəniyyət qoruqları” (Dos. Dr. Günel Seyidəhmədli), “Azərbaycanın qeyri-maddi mədəni irsi” (Prof. Dr. Şikar Qasımov), “Muzeylər mədəni irsin keşiyində” (Dos. Dr. Nəzmin Cəfərova), “Mədəni irs abidələri üzərindəki epiqrafik tədqiqatlar” (Dos. Dr. Həbibə Əliyeva), “Dünya yaddaşı: əlyazma irsi” (Dr. Şəhla Xəlilli), “Tarixi-mədəni irsin rəqəmsallaşdırılması” (Dos. Dr. Pərvin Ahənçi), “Fövqəladə hallarda mədəni irsin qorunması” (Gülşən Hüseynova), “Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” (Arzu Həsənli), “Mədəni irs turizmi” (Aidə Məlikova), “Memarlıq abidələrinin bərpası və konservasiyası” (Dos. Dr. Məhəmməd Nurməmmədov), “Bərpa layihələrinin hazırlanması və uğurlu təcrübələr” (Əfqan Quliyev), “Bərpa və konservasiyada materiallar” (Nadirə Minə Yar), “Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” (Dr. Fariz Xəlilli).

MOOC formatında hazırlanan bu dərslərin məqsədi biliklərin geniş auditoriyaya çatdırılmasını təmin etmək, canlı təlimlərdə iştirak edə bilməyənlər üçün əlçatan öyrənmə imkanı yaratmaq, cəmiyyətin mədəni irs sahəsində savadlılığını artırmaq və maarifləndirməni gücləndirməkdir. Eyni zamanda bu təşəbbüs müasir dövrdə geniş yayılmış onlayn təhsil imkanlarından səmərəli istifadəni nəzərdə tutur.

Layihənin ümumi məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi” vasitəsilə əhali arasında mədəni irs sahəsində bilik və bacarıqları inkişaf etdirmək, bu istiqamətdə maarifləndirmə aparmaqdır. Bu çərçivədə ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, həmçinin elmi qurumlardan olan maraqlı tərəflər üçün təlim proqramı və vəsaitlər hazırlanmış, 4 təhsil müəssisəsində seminarlar keçirilmiş, 30 mütəxəssisin iştirakı ilə 16 mövzunu əhatə edən praktiki dərslər təqdim olunmuşdur.

Layihənin növbəti mərhələsində beynəlxalq ekspertlərin iştirakı ilə vebinarın təşkili, tədris vəsaitinin nəşri və Kütləvi Açıq Onlayn Kursların (MOOC) platforma üzərindən istifadəyə verilməsi planlaşdırılır.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Avqust 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri