Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA

Masallıda “Nadir Ağayev 90: Elm və idmanın zirvəsi” adlı elmi praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

Pendirin beyinə faydası

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

VANDALİZMƏ MƏRUZ QALMIŞ MƏDƏNİ İRSİMİZ

VANDALİZMƏ MƏRUZ QALMIŞ MƏDƏNİ İRSİMİZ

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mədəni irsimiz millətin kimliyinin tarixi yaddaşının və gələcək nəsillərə ötürüləcək dəyərlərin əsasını təşkil edir. Mədəni irs yalnız tarixi abidələr toplusu deyil, həm də xalqın yaddaşında iz buraxan gələcək nəsillərə ötürülən kimliyimizdir.

Azərbaycan xalqının çox qədim və zəngin tarixi keçmişini öyrənmək üçün tarixi abidələrin böyük əhəmiyyəti var. Bu abidələr vasitəsi ilə əcdadlarımızın yaşayışını, təsərrüfat həyatını və mədəniyyətimizi öyrənmək mümkündür. Hər il respublikamızın müxtəlif guşələrində arxeoloji ekspedisiyalar nəticəsində tarixi keçmişimizin unudulmuş, torpaq altında gizlənmiş abidələri aşkar edilir.

Tarixi abidələrin qədimliyinə və müxtəlifliyinə görə respublikamızda Qazax rayonu xüsusi yer tutur və abidə zənginliyi baxımından Qazax ərazisi müqayisə edilməzdir. Qazax rayonu ərazisində qazıntı işləri aparmış arxeoloqlarımızın fikrincə burada tapılan bəzi abidələrin əhəmiyyəti olduqca vacibdir. Bu abidələr fonunda bütün bəşəriyyətin təkamül prosesini aydın görmək olar.

Qazax rayonunda min illərin tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələr vardır. Burada olan mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, türbələr, məbədlər və s. kimi abidələr Qazaxın tarixi zənginliyinin xəbərçisidir.

Qazax rayonunda olan tarixi abidələri qorumaq, onları gələcək nəsillərə çatdırmaq məqsədi ilə 1989-cu il 22 fevral tarixində Azərbaycan Nazirlər Sovetinin 99 № li qərarı ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu yaradılmış, qoruğa 3613 ha. ərazi ayrılmışdır.

Qoruq zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun nəzdində “Yuxarı Əskipara”-ərazisi 2783 ha, “Damcılı”-ərazisi 800 ha və “Göyəzən”-ərazisi 30 ha. filialları da fəaliyyət göstərir.

Qazaxın ən gözəl, səfalı kəndərindən biri olan Yuxarı Əskipara kəndi dağətəyi ərazidədir. Keçmiş adı Əskiparadır. Ondan yaranan yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasındadır .

Qazax rayonundakı tarixi abidələrin əksəriyyəti şəhərin 35 kilometrliyində olan Əskipara kəndində və onun ətrafındadır.

Qoruğun “Yuxarı Əskipara” filialı 2783 hektar ərazisi olmaqla bütöv kəndi əhatə edir. Çox təssüf ki, qoruğun “Yuxarı Əskipara” filialının ərazisinə daxil olan çox sayda tarixi abidələrimiz erməni vandalizminin qurbanına çevrilib. Qazax rayonunun Yuxarı Əskipara (08.06.1992) və Aşağı Əskipara (14.06.1992) kəndləri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndlərdə yerləşən abidələrin əksəriyyəti hələ işğal vaxtı kəndlər yandırılarkən məhv edilmişdir .

Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərində dövlət qeydiyyatına götürülmüş 14, qeydiyyata alınmamış onlarla abidəmiz var ki, hal-hazırda işğal altındadır və bu abidələrin indiki vəziyyətindən məlumatımız yoxdur.

1949-50-ci illərdə aparılan tədqiqatlar nəticəsində və 1970-ci illlərdə davam etdirilən arxeoloji qazıntılar zamanı Yuxarı Əskipara kəndində V-Vl-əsrlərə aid qədim Şəhərcik , V-VII-Alban məbədi, XII -əsrə aid yeraltı su kəməri, XII-əsrə aid körpülər, XVI-əsrə aid Şəhərgah qalası, Xalxal şəhərinin bir hissəsi, qədim hamamlar, dəyirman və sair qədim tikililər var idi. Kənddə aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, Yuxarı Əskiparada olan evlərin çoxu qədim yaşayış məskənləri və tikililər üzərində tikilmişdir. Burada aşkar edilən Qədim Şəhərdən Albanlara məxsus əlifba və bəzəklər olan qəbir daşları tapılmışdır.Çox təəssüflər olsun ki, bu ərazilərdə qədim olmayan tarixlərini yazmaq üçün ermənilər bu qədim daşları daşıyıb apararaq mənimsəmişdilər.

kəndində yerləşən, dövlət qeydiyyatına götürülmüş abidələrdən biri olan Məbəd, ölkə əhəmiyyətli memarlıq abidəsidir. V-VIII əsrlərə aid edilir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Bu məbəd meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Güman edilir ki, bu məbəd Alban dövlətinin başçıları olmuş böyük Mihrani hökmdarlarının qış iqamətgahı olub. Xalxal şəhərinin məhz bu yerdə lokallaşdırılması da bunu təsdiq edə bilər. Tarixçi yazar Aydın Qarabağlı “Qədim və indiki Abşerona səyahət” adlı kitabında Azərbaycandakı qədim Alban məbədləri siyahısında bu məbədin də adını çəkmişdir.

Lakin onuda qeyd etmək lazımdır ki, sovet dövründə aparılan arxeoloji qazıntılar zamanı Yuxarı Əskipara və digər Ermənistanla sərhəd kəndlərinin abidələri dərindən öyrənilməmişdir. Alban abidələri isə diqqətdən kənarda qalmışdı. Əslində isə buna rəvac verən ən böyük səbəb imperiya sərhədlərində ( Sovet ittifaqı ), Azərbaycan torpaqlarına və eyni zamanda Qərbi Azərbaycanda –İndiki Ermənistan ( Sovet dövründə ermənilərə verilən ərazilərdə ) olan bütün Alban məbədləri erməni abidələri kimi təqdim edilirdi. Çox təəssüflər olsun ki, bədnam qonşularımız olan ermənilərin bu istəkləri , arzuları, mənimsəmələri Sovet Rusiyası tərəfindən tam dəstəklənirdi. Bunun nəticəsi idi ki, ermənilər yeni problemlər yaratmaqla yaylaqları , kəndləri ələ keçirmiş və hətta tədricən sərhəd kəndlərinin içərilərinə də soxulmuşdurlar. Hər zaman olduğu kimi ermənilərin ilk hədəfləri abidələr olmuşdur. Alban abidələri erməni xaç daşları ilə bəzədilmiş, təmir adı altında abidələrdə dəyişikliklər aparılmışdır.

Üstündən əsrlər keçsə də öz möhtəşəmliyini və əzəmətini qoruyub saxlayan abidələrdən biri də XVII əsrə aid edilən Qüllədir. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Adına “Əskipara qalası” və yaxud “Dördkünc qala” da deyirlər. Coğaz çayının sahilində ucaldılmış bu üçmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 m. təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Memarlıq və mühəndislik baxımından tikili bölgəyə məxsus inşaat üslubunda ucalmışdır. Buna oxşar, eyni üslubda tikilmiş gözətçi bürcü Ağstafa rayonunun ərazisində, Azərbaycanın Gürcüstan ilə dövlət sərhədində Keşikçidağ qoruğu ərazisindədir yerləşir. Bu qala Azərbaycanın orta əsr müdafiə tikililərinin nadir və önəmli örnəyidir.

Yuxarı Əskipara möcüzələrindən biri də Yeraltı yol və Yeraltı su kəməridir. Hər iksi yerli əhəmiyyətli, arxeoloji abidədir. Yeraltı yol XIV əsrə aidddir. XVII əsrə aid edilən Qüllənin döşəməsindən başlayıb, amma hansı istiqamətə getdiyi araşdırılmamışdır.

Yeraltı su kəməri isə Yuxarı Əskipara kəndində Keçi damı deyilən dağın zirvəsində yerləşir. Diametri 3 m, dərinliyi də 3 m. olan quyu-anbardan ibarət olub. Çıxışı və girişi məlum olmayan anbarın divarları çiy kərpiclə hörülüb. Quyunun dibində hər zaman içməli soyuq su olub. Quyunun açılmayan sirri bu idi ki, quyudan nə qədər su götürülsə də su azalmır, öz səviyyəsini itirmirdi.

Yuxarı Əskiparada yerli əhəmiyyətli, memarlıq abidəsi olan 4 körpü var.

Qatır körpüsü-XII-XIII əsrlərə aid edilir. Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Körpünün uzunluğu 7,3 m, mərkəzi hissəsinin eni 2,7 m ümumu hündürlüyü isə tağ yerindən su səthinə qədər 5,8 m təşkil edir. Körpü bir tağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdan olmuşdur.

Kazım körpüsü- Əskipara çayının qolu üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında qurulmuşdur. Onun uzunluğu 3,4 m, mərkəzi hissəsinin eni 5,8 m ümumu hündürlüyü isə 5 m. təşkil edir. Körpü bir aşırımlıdır. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Körpünün özülünü qayadan çapılmış daşlar təşkil etdiyi halda üst hissəsi kərpicdən hörülmüşdür. Onun keçid hissəsinin üst örtüyü torpaq olmuşdur.

Qulucanlı körpüsü- dərədən axan xırda dağ çayıının üzərindədir. Tikinti materialı çal daşlardan ibarətdir və bir tağlıdır.

Yuxarı Əskiparanın ən maraqlı abidələrindən biri də hamamlardır. Birbaşa isti bulaqların, mineral suların üzərində tkilən bu hamamlar öz görünüş və texnalogiyasına görə digər hamamlardan seçilmişdir. Saxsı turbalar vasitəsi ilə gələn su hamamda yerləşən kiçik hovuza tökülür və buradan müalicə vasitəsilə istifadə edilirmiş. Hamam qalıqları kimi qeydiyyata alınmış bu tikililər yerli əhəmiyyətli memarlıq abidəsidir.

Qeydiyyata alınmayan abidələrdən biri də “Qalakənd Qalası” məbəd kompleksidir. Bu məbəd kompleksi Yuxarı Əskipara kəndində, Coğaz çayının sağ sahilində yerləşir. Alimlərin qənaətinə görə kompleksin ucaldılma tarixi VI-IX əsrlərə təsadüf olunur.

Bütün bu adlarını çəkdiyimiz abidələrdən başqa Koroğlu qalası qülləsi, Türbə, Şəhərgah, Coğaz çayı sahilində olan su dəyirmanı və s. abidələri misal çəkməklə Yuxarı Əskipara kəndi haqqında “Tarixi abidələr diyarı” demək olar.

Tarixi–arxeoloji abidələr yeganə mənbədirki bütün dəyişikliklərə baxmayaraq ( həm dağıdılsa, həm dəyişdirilsə -üzərindəki orlamentlər, saxtakarlığa məruz qalsa ) mənsub olduğu xalqın izini hər formasında qoruyub saxlayır.

Nəhayət ki, 2020-ci ildə işğal altındakı torpaqlarımızın azad edilməsi ilə yanaşı bu kəndlərdə olan tarixi abidələr də öz azadlığına qovuşdu. Uzun müddət ərzində vandalizmə məruz qalan abidələrin taleyindən xəbərsiz olmağımız bu abidələrin qorunması və təbliğatında bizləri çox böyük çətinlikərlə üz-üzə qoymuşdur.

Hal-hazırda işğaldan azad edilmiş ərazilərimizdəki tarixi abidələrin erməni işğalçıları tərəfindən zəbt edilməsi, buradakı mədəni irsimizin mənimsənilməsi, dağıdılıb yerlə-yeksan edilməsi, alban abidələrinin ermənilər tərəfindən özününküləşdirilməsi vəziyyəti ilə tanışıq. Abidələrimizi yenidən əvvəlki görünüşünə qaytarmaq, onların bərpası və konservasiyası məsələləri, həmçinin yerli və beynəlxalq arenada təbliği, yetişməkdə olan gənc nəsli bu məsələlərlə məlumatlandırmaq vəzifəmizi layiqincə yerinə yetirməyə çalışmalıyıq.

Sevindirici haldır ki, 2024-cü ilin aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında şərti sərhəddə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə birgə komissiyanın növbəti iclası keçirildi və nəticədə hər iki tərəf iki ölkə arasında sərhəd ərazilərin ilkin delimitasiyası üzrə razılığa gəldi. Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verildi. Bununlada Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrım, Xeyrımlı, Aşağı Əskipara və Qızılhacılı kəndlərindən çıxarmağa başlayıb.

Çox yaxın günlərdə Qazaxın üç anklav kəndinin- Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinin də də işğaldan tam azad olunması gözlənilir. Tezliklə əsirlikdən azad olunan torpaqlarımıza qayıdacaq və öz tarixi keşmişimiz olan abidələrimizə qovuşacağıq.

Millətin tarixi mədəni zənginliyinin əsas göstəricisi olan mədəni irsizimiz, tarixi-arxeoloji abidələrimiz zaman-zaman erməni vandalizminin qurbanına çevrilmişdir. İşğal altında olan tarixi abidələrin vandalizim nəticəsində zədələnməsi, yandırılması, dağıdılması, məhv edilməsi yalnız maddi itki deyil, həm də bizə vurulan mənəvi zərbədir. Biz inanırıq ki, qoruma, bərpa və davamlı monitorinq vasitəsilə erməni vandalizminə məruz qalan abidələrin gələcək nəsillərə ötürülməsi üçün lazımı addımlar atılacaq, bütün dünya bu acımızı görəcəkdir.

 Muəllif: “AVEY” Dövət Tarix-Mədəniyyət qoruğunun

                kiçik elmi işçisi Elnurə Alıyeva.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see287

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see213

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see195

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see188

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see176

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see141

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see135

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see127

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see127

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see125

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see125

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA

28 Oktyabr 2025 18:42see121

Masallıda “Nadir Ağayev 90: Elm və idmanın zirvəsi” adlı elmi praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

28 Oktyabr 2025 19:06see120

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see119

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see119

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see117

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

28 Oktyabr 2025 21:02see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri