Mədəni sərvətlərin toxunulmazlığını pozanlar barədə cəzalar sərtləşdirilir
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
İnzibati Xətalar Məcəlləsinə mədəni sərvətlərin razılaşdırılmadan toxunulmazlığını pozanlar barədə cəzalar sərtləşdirilməsi ilə bağlı dəyişikliklər edilir.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna təklif edilən dəyişiklikdə yer alıb.
Təklif olunan dəyişikliklərə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə - fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6ı min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.
Qeyd edək ki, bundan əvvəl bu pozuntulara görə, cərimələr fiziki şəxslər üçün 1500 manat məbləğində, vəzifəli şəxslər 3 min manat məbləğində, hüquqi şəxslər 10 manat məbləğində idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 05 Dekabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















