Icma.az
close
up
RU
Mədəni soyqırımın sübutları: İrəvandan Qarabağadək silinən izlər TƏHLİL

Mədəni soyqırımın sübutları: İrəvandan Qarabağadək silinən izlər TƏHLİL

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 aprel, AZƏRTAC

Ermənistanın işğal dövründə Azərbaycanın tarixi-mədəni irsinə qarşı həyata keçirdiyi sistematik vandalizm beynəlxalq hüququn kobud pozuntusudur. Ermənistan öz ərazisində və işğal etdiyi torpaqlarda azərbaycanlılara məxsus dini-tarixi abidələri məqsədyönlü şəkildə dağıdıb və mənimsəyib. Xüsusilə Ağdam, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında yüzlərlə Azərbaycan məzarlığı təhqir edilib, qəbirlər qazılıb və daşlar oğurlanıb. Bəzi tarixi məscidlərin donuz və inək saxlanılan yerlərə çevrilməsi dini hisslərin alçaldılması və ən ağır təhqir formasıdır. Ermənistan öz ərazisində də Şah Abbas və Sərdar məscidləri kimi XVI–XVIII əsrə aid abidələri məhv edərək azərbaycanlıların tarixi izlərini silib. Eyni zamanda, Alban məbədlərinin (Xudavəng, Gəncəsər və s.) erməniləşdirilməsi və saxtalaşdırılması mədəni təmizləmə siyasətinin bariz nümunəsidir. Bu vandalizm aktları 1954-cü il Haaqa Konvensiyası və 1972-ci il UNESCO Konvensiyası ilə qadağan edilən beynəlxalq cinayətlərdir. Roma Statutuna görə, tarixi və dini obyektlərin qəsdən dağıdılması müharibə cinayəti kimi təsnif edilir. Bu siyasət təkcə fiziki dağıntı deyil, həm də xalqın mənəvi yaddaşının və tarixi köklərinin məhv edilməsinə yönəlmiş mədəni soyqırım aktıdır. Beynəlxalq hüquqi sənədlərə əsaslanan bu faktlar, Ermənistanın Azərbaycan xalqının tarixi irsinə qarşı sistemli şəkildə nifrət və mədəni təmizləmə siyasəti yürütdüyünü sübut edir.

Qərbi Azərbaycan və İrəvan ərazisi ilə bağlı qeydlər: Mədəni irs, abidələr və toponimlər

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, son 200 il ərzində xalqımız müxtəlif deportasiya və soyqırımı ilə üzləşib. Bu dövr ərzində bölgədə davamlı gərginlik yaşanıb.

Deputatın sözlərinə görə, deportasiya və soyqırımıları nəticəsində mədəni irsimiz, tarixi abidələrimiz, toponimlərimiz və milli dəyərlərimiz müxtəlif dövrlərdə dəyişikliklərə və zərərə məruz qalıb.

"Qərbi Azərbaycan ərazisində 734 qəbiristanlığın monitorinqi aparılıb və onlardan 201-i üzrə nəticələr sənədləşdirilib. Bu qəbiristanlıqlardan 12-nin üzərindən asfalt yollar çəkilib, 16 qəbristanlıq üzərində yaşayış evləri tikilib, 56-sı əkin sahəsinə çevrilib, 6-sında yenidən dəfn aparılaraq erməni qəbristanlığına çevrilib. Bundan əlavə, 67 qəbristanlıqda vandalizm halları qeydə alınıb, 4-ü sənaye obyektlərinə çevrilib, 5-də hərbi istehkam işləri aparılıb, 32-də tikinti işləri görülüb və 3-də su anbarı inşa edilib.

Digər bir fakt: 1829-cu ildə rus məmuru İvan Şopen İrəvan şəhərində 12 məscid qeydə alıb, bu gün o məscidlərdən yalnız Göy məscidin bir hissəsi qalır, onun da mənşəyi dəyişdirilib.

Bu yaxınlarda daha bir dəhşətli faktın şahidi olduq: İrəvan şəhərindəki Təpəbaşı məscidi şərabxanaya çevirilib.

İndi ölkələrimiz arasında sülh danışıqları gedir. Azərbaycanda hər kəs istəyir ki, bölgədə əmin-amanlıq yaransın. Amma Ermənistandakılar hələ də revanşist düşüncələrlə, “Böyük Ermənistan” mifi ilə yaşayırsa, Azərbaycanı ənənəvi böhtanlarla suçlamağa çalışırsa, onda 200 il ərzində xalqımıza qarşı törətmiş olduqları cinayətlərin də haqq-hesabını verməli olacaqlarını yaddan çıxarmasınlar. Qərbi Azərbaycan İcması olaraq, biz bu cinayətlərin hər biri ilə bağlı dəlil-sübutları masa üzərinə qoymağa hazırıq”, - deyə Ə.Ələkbərli əlavə edib.

Müxbir - Elmir Səftərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri