Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Vandalizmə məruz qalmış mədəni irsimiz TƏHLİL

Vandalizmə məruz qalmış mədəni irsimiz TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın terrorçu-hərbi birləşmələrinin Azərbaycanın işğal etdiyi torpaqlarında həyata keçirdiyi vandalizm aktı, vəhşi əməlləri tarixin yaddaşından heç zaman silinməyəcək. 30 illik erməni işğalı nəticəsində Azərbaycanın şəhər və qəsəbələri dağıdılmış, mədəniyyət nümunələri, tarixi abidələri, məscidlər, mədrəsələr, məbədlər yerlə-yeksan edilmişdir. Bu vandal əməllərə bəzi aparıcı dövlətlərin, beynəlxalq təşkilatların susqunluq nümayiş etdirməsi ikili standartların nümunəsidir. Bu, həm də onu təsdiq edir ki, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri vandalizm aktlarında bəzi dövlətlərin birbaşa və dolayısı ilə əlləri var. Hətta araşdırmalarla sübut edilir ki, Qarabağdan oğurlanan, talan edilən Azərbaycanın mədəni irsinin nümunələri Fransaya, Hindistana, Yunanıstana, ABŞ-a və digər ölkələrə daşınıb. Təbii ki, belə əməl terrorçularla əməkdaşlıq, işbirliyi deməkdir. Dünya həqiqətən də ədalətli, hüququn aliliyinə hörmət edən dünya olsa idi, terrorçu ermənilərlə əməkdaşlıq edib Azərbaycanın mədəniyyət nümunələrini oğurlayanlar mühakimə edilə və layiq olduqları cəzanı alarlar. Təəssüflər olsun hazırkı dünya ikili standartlardan ibarətdir. Vəhşiliyin pik nöqtəsi ondan ibarətdir ki, ermənilər işğal etdikləri ərazilərdəki bütün mədəni irsimizi məhv ediblər, pula keçən, zövqlərinə uyğun olanları isə Ermənistana aparıblar. Sonradan isə müxtəlif yollarla ABŞ-a, Hindistana, Fransaya, Yunanstana, Kanadaya, Livana və digər ölklərə ki, dəstəkçilərinə pul qarşılığı olaraq satıblar. Erməni vəhşi toplumu Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri, ümumilikdə 67 məsçiddən 65-ni tamamilə məhv edib, digər 2-ni isə müxtəlif iyrənc məqsədlər üçün istifadə edib. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozmuşdur.

Ermənistan terrorçularının təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Qız məktəbi, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və məhv edilmişdir. Bu vəhşilik, vandalizm ancaq erməni terrorçularına xas xüsusiyyətdir. Digər millətlər, hansısa toplumlar tərəfindən belə bəşəri cinayətlərin törədilə biləcəyi təsəvvür edilmir. Ulu Öndərimiz Heydər Əliyev demişdir: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”. Birmənalı mövqe ondan ibarətdir ki, Şuşa Qarabağımızın incisidir. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. Mənbələrdə göstərildiyi kimi, hələ XIX əsrin ortalarından başlayaraq Şuşanın mədəni həyatında bir canlanma baş verib. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundov öz komediyalarını geniş şəkildə yaymaq məqsədi ilə 1852-ci ildə teatr tamaşalarının intişar tapdığı Şuşa qalasına gələrək, arzusunu reallaşdırıb. V.Şekspirin "Otello"su Azərbaycanda ilk dəfə 1893-cü ildə şuşalı müəllim, dramaturq və jurnalist Haşım bəy Vəzirov tərəfindən tərcümə edilərək səhnələşdirilib. Daha sonra C.Məmmədquluzadənin "Ölülər" tragi-komediyası ilk dəfə 1916-cı ildə Xurşudbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyulmuşdu. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur. İşğal nəticəsində bütün sivil dünyanın böyük həsrət, bəzən isə yanğı ilə baxdığı sənət məbədi olan Şuşa və Şuşanın mədəniyyət ocaqları erməni vandalları tərəfindən dağıdıldı, viran edildi. Lakin Şuşanı xəritədən silməyi, ən azı özlərinki edə bilmədilər. Çünki, Şuşanın qalaları, oradakı müqəddəs ruhlar imkan vermədi. Müqavimət göstərilər, o zamana qədər ki, 8 noyabr 2020-ci il də Azərbaycan əsgəri Şuşaya daxil olub, erməni vəhşilərini şəhərdən qovdu.

Mövcud araşdırmalarla sübuta yetirilir ki, erməni vəhşiliyi yalnız Qarabağın və ətraf rayonların işğalı zamanı tarixi, memarlıq nümunələrinin dağıdılması, talan edilməsi ilə yekunlaşmır. Bu vəhşi toplum hələ ötən əsrin əvvəllərindən, sonrakı mərhələdə isə 88-cı ilin əvvəllərindən başlayaraq tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda bizlərə məxsus irsi də dağıdıb, yer üzündən silib. 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 491 məscid fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə azərbaycanlıların sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Camə məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib. Qədim tarixi olan Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi-memarlıq abidələri kompleksi olan Uruda daxil olan Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Qala da bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. Məzarlıq ermənilər tərəfindən dağıdılıb, hazır da Urud qalasının yalnız xarabalıqları qalır. Traixi Azərbaycan şəhərimiz olan İrəvanda bir dənə də olsun memarlıq nümunəsi, abidə, məsçid qalmayıb, hamısın ermənilər dağıdıblar. Lakin əminlik var ki, Şuşaya, Xankəndinə, Əsgərana, Xocavəndə və digər işğal olunmuş ərazilərimizə qayıtdığımız kimi bir gün Qərbi Azərbaycan toprpaqlarımıza da qayıdacağıq. İndi Azərbaycanın təcridxanasında cəzalarını gözləyən Vardanyan, Arayik, Saakyan, Quqasyan və digərləri kimi İrəvandakı terrorçularda cavab verməli olacaqlar. Hələlik isə ermənilərin viran etdikləri ərazilərin bərpası istiqamətində sitemli və sürətli işlər aparılır. Bu məqamda Şuşanın azad edildiyi gün Fateh Sərkərdə, Prezident İlham Əliyevin xalqa təbrik müraciətində dediyi fikirlər yada düşür: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

Bəli, bu gün Şuşa dirçəlir, qurulur, bərpa edilir. Artıq dağıdılmış dini mərkəzlərimiz bərpa və təmirdən sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərin ziyarət ediblər və dövlətimizin başçısı məscidlərə Məkkədən gətirilmiş “Qurani-Şərif”i hədiyyə edib. Şuşa şəhərindəki Saatlı məscidini ziyarət edərkən bildirib ki, düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb: “Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik”.

İşğaldan azad edilən ərazilərdə aparılan təmir, tikinti, bərpa işlərindən sonra qayıdan insanlar arasında şuşalılar da var. Cari ilin mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ilk yaşayış kompleksinin açılışı olub. Yaşayış kompleksində ilk olaraq 20 ailə, o cümlədən 88 nəfər yerləşib. 23 dördmərtəbəli binadan ibarət yaşayış kompleksi 8 hektar ərazidə inşa edilib. 450 mənzildən, o cümlədən 28 ədəd birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beş otaqlı mənzildən ibarətdir.Müvafiq olaraq 300 və 500 mənzildən ibarət ikinci və üçüncü yaşayış kompleksinin tikintisi planlaşdırılır. Azərbaycanın mədəniyyət paytaxtı, qədim şəhərimiz Şuşada bu günə qədər çoxsaylı yerli və beynəlxalq miqyaslı konfranslar, seminarlar, festivallar keçirilir. Bütün bunlar bir daha Şuşamızın Qafqazın incisi, Qarabağımızın baş tacı olduğunu təsdiqləyir.

Bir sözlə, düşmənə döyüş meydanında vurulan sarsıdıcı zərbə işğaldan azad edilən ərazilərin bərpası ilə davam etdirilir. Söz yox ki, Şuşamız, Laçınımız, Ağdamımız, Xankəndimiz, Zəngilanımız və digər azad edilən şəhər və kəndlərimiz, qəsəbələrimiz Fateh Sərkərdə, Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə yenidən qurulacaq, gözəl, füsunkar məkanlara çevriləcəklər.

İ.ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see663

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see472

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see333

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see330

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see329

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see316

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see297

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see282

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see272

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see257

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see246

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see238

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see233

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see233

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see229

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see217

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see213

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see208

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see200

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri