Icma.az
close
up
RU
İrəvandan Qarabağa qədər silinən tarix

İrəvandan Qarabağa qədər silinən tarix

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

XVIII-XIX əsrlərdə Cənubi Qafqaz regionunda geosiyasi dəyişikliklər müəyyən qüvvələrin təhriki ilə ermənilərin regiona kütləvi köçürülməsi ilə nəticələndi. Xüsusilə Gülüstan və Türkmənçay müqavilələrindən sonra İran, Türkiyə və digər ərazilərdən ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi intensiv xarakter aldı.
Bu zaman isə regionda ermənilər tərəfindən “yeni mədəni reallıqlar” formalaşdı. Məsələn, azərbaycanlılara məxsus mədəni-maddi irs nümunələri, məscid və qəbiristanlıqlar, türbələr, tarixi qalalar, obyektlər sistemli şəkildə ya dağıntıya məruz qaldı, ya da mənşəyi dəyişdirilərək, başqa kimliyə aid edilməyə çalışıldı. Bu fəaliyyətlərin isə məqsədi tam başqa idi. Burada söhbət təkcə fiziki məhvetmədən getmirdi. Bununla da tarixi yaddaş silinir, gələcək nəsillər üçün izlər itirilir və 100 illər sonra erməni iddiaları üçün əsas formalaşdırılırdı. Nəticədə, maddi irsin məhv edilməsi regionda kimlik mübarizəsinin alətlərindən birinə çevrilərək, siyasi və ideoloji hədəflərin həyata keçirilməsində istifadə olunan mühüm vasitə rolunu oynadı.
Vaxtilə əzəli Azərbaycan ərazisi olan, bu gün isə Ermənistanın paytaxtı İrəvan şəhərində yüzlərlə maddi-mədəni irs abidəsi məhv edilib. Əldə edilən faktlar göstərir ki, bu abidələrin əksəriyyəti XX əsrin yarısına qədər fiziki cəhətdən məhv edilib. Bəziləri isə mənşə baxımından təhrif olunub, fərqli kimlik altında təqdim edilir. Yaxın tarixə aid rəsm, qravür, mənbələr də sübut edir ki, şəhər ərazisində onlarla məscid, karvansara, hamam və digər memarlıq nümunələri olub. Amma sonradan ideoloji səbəblərə görə, bu abidələr şəhərsalma layihələri adı altında məhv edilib. Məsələn, XVIII əsrə aid Abbas Mirzə məscidi tamamilə dağıdılıb.

XX əsrin sonlarında isə qalıqları belə məhv edilib. Eyni zamanda İrəvanın mərkəzində yerləşən Zal xan məscidi 1920-30-cu illərdə sökülərək yerində binalar inşa edilib. Bununla yanaşı, İrəvan qalası, Xan sarayı, Hacı Novruzəli bəy məscidi də erməni vandalları tərəfindən məhv edilib. Ermənistanın paytaxtında həmin illərdə onlarla dini-memarlıq abidəsi ardıcıl şəkildə məhv edilib. Bunun isə bir məqsədi var idi: şəhərin tarixi simasını köklü şəkildə dəyişərək, onu erməniləşdirmək. Erməni ideoloqları tərəfindən sistemli şəkildə həyata keçirilən bu "tədbirlər"lə Göy məscid qismən qorunub saxlanılaraq, fars məscidi kimi təqdim edilir. Hətta 2006-cı il şəhər planında belə Azərbaycan memarlıq nümunələri "fars memarlığı" kimi qeyd olunub və bu da onların etnik-mədəni mənsubiyyətinin dəyişdirilməsi istiqamətində sistemli yanaşmanın göstəricisi kimi qiymətləndirilir. Ümumilikdə, bu faktlar Ermənistan ərazisində Azərbaycan irsinin tədricən aradan qaldırılması, izlərinin zəiflədilməsi və alternativ kimlik altında təqdim olunması kimi kompleks bir prosesin mövcudluğunu göstərir ki, bu da regionda tarixi yaddaş və mədəni identiklik üzərində aparılan mübarizənin əsas elementlərindən biri kimi çıxış edir.
Azərbaycanın Göyçə, Zəngəzur, Dərələyəz, Meğri kimi tarixi bölgələrində də xalqımıza məxsus maddi-mədəni irsin taleyi də eyni olub. Bu ərazilərdə də təkcə fiziki dağıntı yox, eyni zamanda sistemli şəkildə kimliyin dəyişdirilməsi faktları da var. Bu ərazilərdə mövcud olmuş çoxsaylı qəbiristanlıqlar, məscidlər, türbələr və xüsusilə xristian dövrünə aid alban məbədləri zamanla ya məhv edilib, ya da mənşəyi dəyişdirilərək erməni qriqoryan kilsəsinə aid kimi təqdim olunub. Xüsusilə Tatev, Noravank və Sevanavank monastırları kimi abidələr Qafqaz Albaniyasına məxsus olsa da, XIX əsrdə Çar Rusiyasının qərarları ilə alban kilsəsinin ləğv edilməsi və mülkiyyətinin Erməni Apostol Kilsəsi tabeliyinə verilməsi ilə regiondakı bir çox xristian abidələrinin kimliyinin saxtalaşdırılmasına səbəb olub. Ermənilər isə paralel olaraq bu abidələr üzərində bərpa və dəyişiklik aparıb, yazıları yeniləyib, xaç elementləri əlavə edib və erməni memarlıq detallarına uyğunlaşdırma işləri həyata keçiriblər. Ümumilikdə, bu nümunələr göstərir ki, Ermənistan ərazisində yalnız müsəlman irsi deyil, həm də regionun qədim xristian irsi ətrafında mənsubiyyət və tarix məsələləri bu gün də elmi və siyasi müzakirələrin predmetidir.

Ermənilərin Azərbaycanın tarixinə və mədəni irsinə qarşı dağıdıcı fəaliyyətləri ötən əsrin 90-cı illərində Qarabağ və ətraf rayonların işğalından sonra da geniş və sistemli şəkil alıb. İşğal dövründə bu ərazilərdə yüzlərlə tarixi-dini abidənin məhv edilməsi, talan olunması və mənimsənilməsi ilə bağlı çoxsaylı faktlar hətta beynəlxalq hesabatlarda belə öz əksini tapıb. Faktlara görə, işğal dövründə Ağdam Cümə məscidi, Şuşa Yuxarı Gövhər Ağa məscidi və Zəngilan məscidi də daxil olmaqla 60-dan çox məscid ya ağır şəkildə zədələnib, ya da tamamilə dağıdılıb. Ağdamdakı Cümə məscidinin uzun müddət baxımsız qalması və mal-heyvan tövləsi kimi istifadə edilməsi faktı beynəlxalq mediada belə geniş rezonans doğurub. Eyni zamanda münaqişə dövrünə dair müxtəlif hesabatlarda işğal altında qalan ərazilərdə bəzi məscidlərin təyinatının dəyişdirilərək heyvandarlıq məqsədləri üçün istifadə edilməsi faktları da qeyd olunur ki, bu da mədəni və dini irsə münasibətdə ciddi vandalizm nümunəsi kimi qiymətləndirilir.

Bu, ermənilərin mədəni irsə münasibətini əks etdirən yüzlərlə faktdan biridir. Paralel olaraq isə, geniş ərazidə yüzlərlə qəbiristanlıq dağıdılıb, məzar daşları sındırılıb. Vandallıq o həddə çatıb ki, ermənilər qəbir daşlarının üzərindəki epiqrafik yazıları belə siliblər. Bununla da ərazilərin etno-mədəni yaddaşını məhv etməyə çalışıblar.
İşin acınacaqlı tərəfi odur ki, işğal dövründə təkcə tarixi abidələr yox, kitabxanalar, mədəniyyət evləri, arxivlər, muzeylər də məhv edilib və talana məruz qalıb. Minlərlə nadir tarixi eksponat, xalçalar, əlyazmalar və arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılar da oğurlanaraq Ermənistana daşınıb. Bu gün İrəvanda və digər şəhərlərdə Qarabağ və Şuşa xalçaları erməni kimliyi adı altında təqdim edilərək, növbəti oğurluğa imza atılır. Şuşa Tarix Muzeyi və Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi kimi müəssisələrin fondları demək olar ki, tamamilə yoxa çıxıb. “Human Rights Watch” və digər beynəlxalq təşkilatların hesabatlarında qeyd olunur ki, münaqişə zamanı və sonrakı dövrdə yaşayış məntəqələri ilə yanaşı, mədəni və dini obyektlərin də hədəf alınması halları qeydə alınıb və bu, silahlı münaqişələr zamanı mədəni irsin qorunmasına dair beynəlxalq normaların pozulması kimi qiymətləndirilir. Qeyd etmək yerinə düşər ki, bu ərazilərdə də maddi irs mənimsənilib və təyinatı dəyişdirilib. Ayrı-ayrı dini və memarlıq obyektləri üzərində aparılan müdaxilələr, yəni interyer və eksteryerin dəyişdirilməsi, yeni elementlərin əlavə olunması, yazıların silinməsi və ya yenidən yazılması həmin abidələrin ilkin tarixi kimliyinin təhrif olunması ilə nəticələnib. Ümumilikdə, bu faktlar göstərir ki, işğal dövründə həyata keçirilən siyasət təkcə hərbi və inzibati nəzarət qurmaqla məhdudlaşmayıb. Erməni ideoloqları paralel şəkildə bölgənin mədəni landşaftının dəyişdirilməsi, Azərbaycan xalqına məxsus izlərin silinməsi və tarixi yaddaşın transformasiyası istiqamətində uzunmüddətli və sistemli fəaliyyət də göstəriblər.

İşğal dövründə də ermənilər Qarabağ və ətraf rayonlardakı alban irsinə aid xristian məbədlərini mənimsəyərək saxtalaşdırmağa cəhd ediblər. Ağoğlan, Amaras, Xudavəng monastır kompleksləri, Qandzasar və Xatiravang monastırları kimi abidələrin üzərində aparılan müdaxilələr onların ilkin alban mənşəyinin silinməsinə yönəlib. Alban dövrünə aid yazıların silinməsi, üzərinin örtülməsi, yerinə erməni dilində yeni kitabələrin əlavə edilməsi, fasad və interyerin dəyişdirilməsi, xaç simvollarının yenidən işlənməsi kimi addımlarla müşayiət olunan saxtalaşdırma faktları sonradan ifşa edilib. İşğal illərində bu məbədlər üzərində aparılan dəyişikliklər yalnız dini məqsədlərlə məhdudlaşmayıb, eyni zamanda regionun tarixi-mədəni kimliyinin transformasiyasına xidmət edən ideoloji alətə çevrilib.
Beləliklə, yuxarıda sadalanan faktlardan məlum olur ki, ermənilərin regiona ayaq açdıqdan sonra və növbəti illərdə, işğal dövründə əsas məqsədlərindən biri də Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin sistemli şəkildə zəiflədilməsi və izlərinin aradan qaldırılması olub. Mədəni irs nümunələrinin dağıdılması, dini obyektlərin təhqiramiz və təyinatından kənar istifadə edilməsi, toponimlərin dəyişdirilməsi və tarixi abidələrin mənsubiyyətinin təhrif olunması tək-tək hadisələr deyil, bütöv bir siyasətin tərkib hissəsidir. Bu, kollektiv yaddaşa, tarixi varisliyə və milli kimlik qatına yönəlmiş mənəvi zərbədir... (Report)













Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see281

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see229

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see228

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see220

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see210

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see202

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see196

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see191

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see190

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see188

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see187

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see174

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see172

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see168

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see163

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see155

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see154

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see144

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see140

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri