Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyi Roza Cəlilovanın ölümü ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Roza Cəlilovanın ölümü ilə bağlı nekroloq yaydı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mədəniyyət Nazirliyi xoreoqraf-baletmeyster, Xalq artisti Roza Cəlilovanın ölümü ilə bağlı nekroloq yayıb.
Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Milli rəqslərimizin mahir ifaçısı, görkəmli xoreoqraf-baletmeyster, pedaqoq, Xalq artisti Roza Cəlilova 19 noyabr 2025-ci il tarixində, 96 yaşında vəfat edib.
Roza İsmayıl qızı Cəlilova 17 may 1929-cu ildə Quba rayonunda anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965–1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib. O, həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib.
Roza Cəlilova 1989-cu ildə yaratdığı “Gülüstan” mahnı və rəqs ansamblı ilə Kanada, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə qastrol səfərlərində olub, rəqs sənətimizi layiqincə təmsil edib. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər, ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də yer tutub.
Roza Cəlilovanın Azərbaycan rəqs sənətinin inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2007-ci ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. Baletmeyster 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Roza Cəlilovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Noyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see276

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see253

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see221

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see207

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see203

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see191

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see150

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see147

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see140

”, ”, topaz ın sahibi ən varlı adam oldu

01 Yanvar 2026 23:37see139

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see138

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see138

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see136

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see136

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see136

Yumşaq eniş , proqnozu aşan gəlirlər Azərbaycanın 2025 ci il üzrə iqtisadi icmalı

01 Yanvar 2026 18:43see135

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

98 yaşlı Ömər Eldarovun Dilarə Kazımova ilə rəqsi diqqət çəkdi VİDEO

01 Yanvar 2026 18:56see130

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri