Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyi qalmaqalı bitmir: Bu dəfə xərclərlə bağlı iddialar var

Mədəniyyət Nazirliyi qalmaqalı bitmir: Bu dəfə xərclərlə bağlı iddialar var

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Mədəniyyət Nazirliyindəki korrupsiya, rüşvət iddialarının aktuallaşdığı bir dövrdə yeni korrupsiya faktı üzə çıxıb.

Gununsesi.info bildirir ki, Meydan TV -yə sənətçilərin Zaqreb səfərinə dair xərclər smetası daxil olub.

Sənəddə yer alan bilet və ezamiyyət rəqəmləri mövcud bazar qiymətləri ilə üst-üstə düşmür.

Meydan TV 2025-ci il iyunun 23–25-də Xorvatiyanın Zaqreb şəhərində təşkil olunan konsert proqramı və ikitərəfli görüşlər ilə bağlı xərclər smetasının dərc olunduğu sənədi əldə edib.

Məlum sənəddə yol xərci ilə bağlı bölmədə Bakı-İstanbul-Zaqreb-İstanbul-Bakı reysinə 1 nəfər üçün 13 000 manat, 32 nəfər üçün isə 128 000 manat (adambaşına 4 000 manat) xərcləndiyi qeyd olunub.

Araşdırmalarımıza əsasən, məsələn, dekabr ayının sonlarına doğru eyni istiqamətlər üzrə qiymətlər adambaşına 1500 manatdır. Yay mövsümü olduğunu nəzərə alsaq, maksimum 2000-2500 manat olduğunu da ehtimal etsək, 1 biletin qiymətinin 4000 manat olması şişirdilmiş olduğunu göstərir. 1 nəfər üçün 13 000 manatlıq bilet isə istənilən halda mümkünsüz bir haldır.

Həmçinin müğənnilərə 1400-2100 manat arası da qonoror qeyd olunub. Lakin bəzi sənət adamları bəzən onlara 300 manat, bəzən isə heç qonorar verilmədiyini bildirirlər. Bundan başqa, sənəddə iki gün üçün 1 nəfərə 1500-2000 manat arası günlük xərclər ödənildiyi göstərilir.

Digər bir məqam, Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov bildirir ki, xaricə ezamiyyətə gedəndə, əgər hər şey qarşılanırsa ümumiyyətlə heç nə ödənilmir. Amma sənədlərdə qeyd olunub ki, 40% ezamiyyət xərcləni ödənilir. Məhz nazir üçün, Oleq Əmirbəyov üçün, Mənzərxanım Nurəliyeva üçün 40% ödənilir, sənətçilərə isə ödənilmir.

Mədəniyyət nazirinin imzası ilə təsdiqlənmiş sənədlərdəki məlumatlar şikayətçilərin səsləndirdiyi iddialarla üst-üstə düşür.

Hesablama Palatasından Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda Mədəniyyət Nazirliyində yoxlamalar aparılır.
“Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025 ci ilin İş Planına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirilir və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi davam edir”.

Göründüyü kimi, Mədəniyyət Nazirliyindəki korrupsiya iddiaları rəsmi qaydada da təsdiqini tapacaq.
Bu isə nazir Adil Kərimli üçün ciddi başağrısı deməkdir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri