Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyinin bu qurumuna xəbərdarlıq edildi

Mədəniyyət Nazirliyinin bu qurumuna xəbərdarlıq edildi

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Hesablama Palatasının 2022-2023-cü illərdə Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsində dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinə dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 6-nın aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.

Bu barədə Gununsesi.info-ya Palatadan bildirilib.

Məlumata görə, həmin təkliflər aşağıdakılardır:

– Ödənişli kurslara cəlb edilmiş şagirdlərdən nağd qaydada yığılmış 47 251 manat vəsaitdən qalan 18 410 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsi;

– Xəzər rayon Mərkəzi Kitabxana Sistemi üzrə ödəniş qrupunun düzgün müəyyən edilməməsi səbəbindən aşağı tarif dərəcələri ilə 2022-ci ildə 25 halda 5 689 manat, 2023-cü ildə 23 halda 6 356 manat, cəmi 12 046 manat az ödənilmiş əməkhaqqının müvafiq əməkdaşların növbəti dövr üzrə əmək haqqı ödənişlərində nəzərə alınaraq ödənilməsi;

– Xəzər rayonu Nizami adına Mədəniyyət Mərkəzinin istifadəsində auditin əhatə etdiyi dövr ərzində istifadəyə tam yararsız vəziyyətdə olmuş və faktiki istifadə edilməmiş nəqliyyat vasitəsi üzrə saxlanılmış 1 vahid sürücüyə ödənilmiş cəmi 4 357 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsi;

– Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və regional mədəniyyət idarələrinin əsasnamələrini ölkə Prezidentinin 6 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” ilə müəyyən olunmuş tələblərə uyğun təsdiq etməsi;

– Mədəniyyət Nazirliyinin şəhər və rayonlar üzrə müvafiq göstəriciləri nəzərə alması və diferensiasiya meyillərinə yol verməməsi məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin əhatəsində olan mədəniyyət müəssisələrində ödənişli kurs və dərnəklərin fəaliyyətini tənzimləyən normaların yaradılması;

– Mədəniyyət Nazirliyinin büdcədənkənar vəsaitlərin formalaşdırılmasını hüquqi aktların tələblərini nəzərə almaqla həyata keçirməsi.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Aprel 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri