Icma.az
close
up
RU
Mədəniyyətlərarası mübadilə və görüşlər günü

Mədəniyyətlərarası mübadilə və görüşlər günü

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Fransada, Pau Sərgi Mərkəzində keçirilən Pau Assosiasiyalar Forumunda BA Mədəniyyət Mərkəzi də iştirak edib. Məkəzin prezidenti Billurə Bernardın sözlırinə görə, forum yerli assosiasiyaların fəaliyyətini tanıtmaq, insanları bir araya gətirmək, paylaşım və mədəniyyətlərarası dialoqu təşviq etmək məqsədi daşıyır.

Gün ərzində mərkəz öz mədəni fəaliyyətinin müxtəlif istiqamətlərini ictimaiyyətə təqdim edib. Proqram çərçivəsində Azərbaycanın ənənəvi rəqs nümunəsi nümayiş etdirilib. Rəngarəngliyi, ritmləri və ifadə zənginliyi ilə seçilən bu rəqs tamaşaçıların böyük marağına səbəb olub.

Milli musiqi də tədbirin diqqətçəkən məqamlarından biri olub. Aşıq Nəsib xalq musiqisini və onun zəngin mədəni ənənələrini təqdim edib. Musiqi və rəqs nümayişləri ziyarətçilərdə böyük maraq doğuraraq ənənələr, musiqi və mədəni irsin gələcək nəsillərə ötürülməsi ətrafında maraqlı fikir mübadiləsinə şərait yaradıb.

Assosiasiyanın stendində isə BA Mədəniyyət Mərkəzinin müxtəlif mədəni və ictimai fəaliyyətləri haqqında məlumat verilib. Eyni zamanda, xalça sənətinə həsr olunmuş xüsusi təqdimat və emalatxana təşkil olunub. Ziyarətçilər assosiasiya üzvləri ilə söhbət etmək, onların fəaliyyəti ilə tanış olmaq, il ərzində həyata keçirilən layihələr və nəzərdə tutulan fəaliyyətlər barədə məlumat almaq imkanı əldə ediblər.

Stend gün ərzində çoxsaylı ziyarətçilərin diqqətini cəlb edib. İştirakçılar xüsusilə mədəni fəaliyyətlərə və təqdim olunan sənət nümunələrinə böyük maraq göstəriblər.

Pau şəhərinin meri Jerome Marbot ilə yanaşı, bir sıra yerli seçilmiş nümayəndələr və rəsmi şəxslər də assosiasiyanın stendini ziyarət edərək mərkəzin üzvləri ilə görüşüblər. Görüşlər zamanı assosiasiyanın həyata keçirdiyi və gələcək üçün nəzərdə tutduğu layihələr haqqında məlumat verilib, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və yerli ictimai həyata daha fəal töhfə verilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

BA Mədəniyyət Mərkəzinin rəhbəri Billurə Bernard bildirib ki, mərkəzin forumda iştirakı görüş, paylaşım, sənət və ənənələrin tanıdılması, eləcə də müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli bir addım olub.

Assosiasiya Pau şəhərinin mədəni həyatında iştirakını davam etdirmək, müxtəlif mədəniyyətlərin bir araya gəlməsi, bir-birini tanıması və qarşılıqlı dialoq aparması üçün yeni imkanlar yaratmaq niyyətindədir.

Zərifə HÜSEYNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri