Icma.az
close
up
RU
Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir. İkili standartların, hibrid təhlükələrin hökm sürdüyü müasir dünya düzənində ədalətin bərpa olunması istiqamətində fəaliyyəti ilə örnək olan Azərbaycan Prezidentinin qeyd etdiyi kimi qeyri-sabit regionda sabitlik adası kimi tanınan ölkəmiz bəşəriyyətin ortaq problemlərinin həllinə, xalqlar və mədəniyyətlər arasında anlaşmanın möhkəmlənməsinə öz töhfəsini verir.

Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi də məhz bu prinsiplərin təşviqinə, fərqli mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edirdi. Müxtəlif ölkələrin nümayəndələrini, siyasi xadimləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirən Bakı Forumu etimadın möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcək naminə dialoqun inkişafı istiqamətində mühüm platforma rolunu oynayırdı. 

Ölkəmizin başçısı ikili standartlar siyasətinin doğurduğu problemləri sadalamaqla bu yanaşmanın beynəlxalq siyasətdən tamamilə çıxarılmasının vacibliyini bəyan etdi. Bu, həm də o deməkdir ki, dünya hamımızındır və beynəlxalq münasibətlərdə ədalət meyarları hər zaman öndə dayanmalıdır. Dövlətlərə münasibətdə fərqli ölçülərin tətbiqi, hüququn siyasi maraqlara tabe edilməsi qlobal problemlərin həllini çətinləşdirir, beynəlxalq etimada ciddi zərbə vurur. Müstəqil siyasət ölkələrin suverenliyinin və milli maraqlarının qorunmasının əsas şərtlərindəndir. Müstəqil siyasət yürüdən Azərbaycana beynəlxalq aləmdə böyük hörmət qazandıran amillərdən biri də məhz bu prinsipial mövqedir. Ölkəmizin geniş beynəlxalq təmasları, müxtəlif dövlətlərlə qurduğu münasibətlər Azərbaycanın beynəlxalq ictimaiyyətdə etibarlı və hörmət qazanan tərəfdaş kimi mövqeyini göstərir.

Uzun illər ikili standartlardan əziyyət çəkən ölkəmiz BMT Nizamnaməsinə və özünümüdafiə hüququna əsaslanaraq işğal altında olan ərazilərini azad etdi. Bununla Azərbaycan beynəlxalq hüququn və ədalətin bərpasına nail oldu, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdi.

Dövlətimizin başçısı haqlı olaraq bəyan etdi ki, ikili standartlar, eyni zamanda ayrı-ayrı dairələrin başqa ölkələrə onların həyat tərzi ilə bağlı dərs verməyə çalışmasında özünü göstərir. Prezident bu yanaşmanı kəskin tənqid edərək bildirdi ki, kiməsə mühazirə oxumağa çalışan dairələr ilk növbədə özlərinə sual verməlidirlər. Onların başqalarına iradlar tutmağa, öz həyat tərzlərini digər xalqlara qəbul etdirməyə hansı hüquqları var? Şübhəsiz ki, bu cür yanaşmalar nəinki ədalətsizlikdir, hətta beynəlxalq münasibətlərdə etimadın zəifləməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın pozulmasına və qlobal inkişafın qarşısında süni maneələrin yaranmasına səbəb olur.

Bu gün dünyada çoxsaylı münaqişələr mövcuddur. Prezident İlham Əliyev tarixi zəfərimizdən danışarkən mühüm bir məqama toxunaraq bildirdi ki, Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra Azərbaycan dərhal dayandı və qarşı tərəfə sülh təklif etdi. Müharibələrin, təhlükələrin və qarşıdurmaların hökm sürdüyü müasir dünyada bu Azərbaycanın nümayiş etdirdiyi mühüm təcrübədir. Ölkəmizin nümunəsi göstərir ki, münaqişələrin aradan qaldırılması, davamlı sülhün təmin olunması və gələcək qarşıdurmaların qarşısının alınması üçün siyasi iradə və konkret addımlar vacibdir. Dövlət başçısı ölkəmizdə mövcud olan həmrəylik və qarşılıqlı anlaşma mühitinə toxunaraq milli ideyamız olan azərbaycançılıq məfkurəsinin ölkəmizdə yaşayan bütün xalqları bir araya gətirdiyini diqqətə çatdırdı. Bütün dünya bu birliyin gücünü İkinci Qarabağ müharibəsində aydın şəkildə gördü. Müharibədə müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin “Dəmir yumruq” ətrafında birləşməsi unudulmaz qələbəmizin rəmzinə çevrildi. Çünki Azərbaycan qarşılıqlı hörmətin, dini və milli dözümlülüyün, xalqlar arasında həmrəyliyin hökm sürdüyü ölkə kimi fərqli etnik və dini mənsubiyyətə malik vətəndaşlarını azərbaycançılıq məfkurəsi ətrafında birləşdirərək milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirir. 

Ədalətli yanaşmanı və ölkəmizdəki dözümlülük mühitini təmin edən Azərbaycan bu prinsiplərin bütün dünyada tətbiqinə çalışır. 
Bu baxımdanBakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da son illər ərzində qlobal gündəmdəki təxirəsalınmaz məsələlərin müzakirəsi, fərqli mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, ortaq həll yollarının müəyyənləşdirilməsi üçün effektiv və inklüziv platforma kimi dünyanın diqqət mərkəzinə düşüb. Qeyd etmək yerinə düşər ki, Forumun beynəlxalq nüfuzu Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi önəmin göstəricisidir. Müasir dünyada dini və milli zəmində ayrı-seçkiliyin, qarşıdurmaların və etimadsızlığın artdığı bir şəraitdə belə platformaların fəaliyyəti olduqca əhəmiyyətlidir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun, dövlətimizin prinsipial mövqeyinin və qlobal problemlərin həllinə yönəlmiş təşəbbüslərinin beynəlxalq səviyyədə qəbulunun göstəricisidir.

Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə dünyanın mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə, qarşılıqlı anlaşmadan isə ortaq gələcəyə aparan yolunu müəyyənləşdirir. Bu yanaşma Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir daha aydın şəkildə nümayiş olundu.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri