Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Tərcümə mədəniyyətlərarası körpüdür

Tərcümə mədəniyyətlərarası körpüdür

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müxtəlif peşə fəaliyyətləri ilə bağlı ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən xüsusi günlər təsis olunub. Bir sıra peşələrə xüsusi münasibət onların cəmiyyətə və insanlığa göstərdiyi xidmətin əhəmiyyəti ilə bağlıdır. Belə əhəmiyyətli peşələrdən biri də tərcüməçilikdir.

Gununsesi.info 1953-cü il sentyabrın 30-da Birləşmiş Millətlər Təşkilatı xalqlar arasında sülh, anlaşma, barışıq və inkişafın təşviqində peşəkar tərcümənin rolunu vurğulayan xüsusi qanun layihəsi qəbul etmiş və Beynəlxalq Tərcümə Federasiyası yaradılmışdı. 1991-ci ildən etibarən 30 sentyabr bütün dünyada “Beynəlxalq Tərcüməçilər günü” kimi qeyd olunmağa başlanıb.

Tərcüməçilər qloballaşan dünyada beynəlxalq siyasət, mədəniyyət, iqtisadiyyat, elm, texnologiya və bütün digər sahələrdə dil baryerini aradan qaldıran, müxtəlif xalqların bir-birini anlamasına şərait yaradan fədakar və zəhmətkeş insanlardır. Onların fəaliyyəti müxtəlif dillərə, dinlərə, mədəniyyətlərə mənsub olan və fərqli dünyagörüşünə malik olan cəmiyyətlər və insanlar arasında ünsiyyət yaratmaqdan və bütün mənalarda onların bir-birini anlamasına xidmət etməkdən ibarətdir. Bir-birini anlamaq və öz mövqeyini anlada bilmək isə əməkdaşlığa, sülhə və barışa aparan yolda vacib amillərdir. Bu baxımdan, tərcümə bütün bəşəriyyətin ortaq dilidir. Tərcüməçilər informasiyanı düzgün istiqamətdə və düzgün şəkildə çatdırmaqla həm də dünyada sülh və əməkdaşlığa töhfə vermiş olurlar.
23 may 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyətinin məqsədi dövlət dilindən düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsindən, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasından və təbliğindən ibarətdir. Bu mənada, tərcümə mədəniyyətlərarası körpüdür.

Ömürlərini bu peşəyə həsr etmiş ziyalılarımız çoxsaylı və çox istiqamətli tərcümələri ilə oxucunun dünyagörüşünün zənginləşməsində, mütaliə zövqünün formalaşmasında, eləcə də qlobal miqyasda əldə olunan elmi-texniki nailiyyətlərin Azərbaycan dilində elmi dövriyyəyə gətirməklə elmimizin və mədəniyyətimizin zənginləşməsində fəal şəkildə iştirak edirlər. Ölkəmiz üçün nisbətən yeni olan bu fəaliyyət sahəsində yorulmadan çalışan və milli tərcüməçilik məktəbinin formalaşmasına və bu peşənin inişafına xüsusi töhfələr verən insanlar böyük hörmətə və ehtirama layiqdirlər.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də tərcümə işi inkişaf etməkdə və getdikcə daha çox əhəmiyyət qazanmaqdadır. Ölkəmizdə tərcüməçilik peşəsi üzrə ilk ali təhsil ixtisası 1986-cı ildə o zamankı Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda açılmış, ingilis, alman və fransız dilləri üzrə ilk peşəkar tərcüməçilərin hazırlanmasına başlanılmışdır. Tərcüməçilik ixtisası üzrə kadr hazırlığına başlanmasının ilk ilində mən də tərcümə fakültəsinin ilk tələbələrindən biri olduğumla fəxr edirəm. 1986-1991-ci illərdə mənə dərs vermiş, tərcümə sənətinin sirlərini öyrədən bütün əziz müəllimlərimi – görkəmli alimlərimizi və professorlarımızı dərin minnətdarlıq hissi ilə xatırlayıram.

Bu gün Azərbaycan Dillər Universtetində yüzlərlə mütəxəssis tərcümə işinin incəliklərini gənc nəslə öyrətməklə məşğuldur. Bizim üçün xüsusi əhəmiyyət daşıyan bu gündə özümə doğma hesab etdiyim Azərbaycan Dillər Universitetin professor-müəllim heyətini təbrik edir və onlara elmi-pedaqoji və praktiki yaradıcılıq fəaliyyətlərində davamlı uğurlar arzulayıram. Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə ölkəmizdə və ölkəmizdən kənarda fəaliyyət göstərən bütün tərcüməçiləri təbrik edirəm!

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Sentyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri