Media auditoriyanın diqqətini tam şəkildə özünə cəlb edə bilmir Səbinə Seyidova
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
“Sosial şəbəkələr yarandıqdan sonra ənənəvi mediaya yanaşma dəyişib”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panel sessiyasında Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova səsləndirib.
“Yeni medianın istiqamətinə nəzər salmalıyıq. Bizim media subyektləri sosial şəbəkələrdə iştirakı artırmağa və auditoriya toplamağa çalışırlar. Amma media auditoriyanın diqqətini tam şəkildə özünə cəlb edə bilmir. Dünyada yeni media anlayışı meydana gəlib. Media elə platforma təqdim etməlidir ki, hər bir şəxs xəbər yaradılmasında iştirak etsin. Media subyektlərinin rəhbərləri düşünürlər ki, informasiyanı necə təqdim etsinlər ki, sosial şəbəkələrin cəlb etdiyi auditoriyanı geri qaytara bilsinlər”, - deyə o bildirib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 01 May 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















