MEDİA da Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Medianın İnkişafı Agentliyində (MEDİA) Monqolustandan olan media nümayəndələri ilə görüş keçirilib.
XQ xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Agentliyin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və qarşıya qoyulan prioritetlər barədə məlumat verib.
O, jurnalistlərin peşəkar inkişafının dəstəklənməsi, media savadlılığının artırılması və müasir çağırışlara uyğun media mühitinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Monqolustandan olan nümayəndə heyəti isə media subyektləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinin, tərəfdaşlıq əlaqələrinin təşviqi və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə qarşılıqlı səfərlərin və görüşlərin təşkili, həmçinin mediaturların keçirilməsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Görüş zamanı informasiya mübadiləsinin gücləndirilməsi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı:113
Bu xəbər 14 Aprel 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















