Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan toponimlər

Qərbi Azərbaycan Xronikası: Erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan toponimlər

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Pəmbək mahalının qədim qalası Berdateğ" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə və Bekciqazlı toponimi haqqında söz açılır.

Qərbi Azərbaycan Xronikası: Erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan toponimlər

Bildirilir ki, XX əsrdə haylara Azərbaycan torpaqlarında dövlət qurulub və bundan sonra ermənilərin ərazi iddiaları genişlənib. Nəticədə Qərbi Azərbaycanın yerli əhalisi deportasiya edilib, soyqırımlara məruz qalıb, toponimlərin adları dəyişdirilib.

Beybudabad - Zəngibasar mahalının Zəngibasar, sonralar Masis adlandırılan rayon ərazisində kənd olub. Bu kənd XIX əsrin əvvəllərində ləğv edilib və viran qoyulub.

Berdateğ - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonda qala adıdır. Xarabalığa çevrilmiş qalanın divarları indi də durur.

Berdi Xaraba - Göyçə mahalının Kəvər, sonralar Kamo adlandırılan rayonda kənd olub və xarabalığa çevrilib. XIX əsrin axırlarına kimi burada dini məbədin qalıqları qalıb.

Berdtəpə - Kərpibasar mahalının Əştərək, sonralar Aştarak adlandırılan rayonda qala adıdır.

Bekçiqazlı - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. Kənddə tarixən yalnız azərbaycanlılar yaşayıb. Ermənilər bura 1823-1830-cu illərdə İrandan köçürülüblər. 1905-1906-cı illərdə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq qırğınlarla deportasiya olunublar. 1920-1924-cü illərdə sağ qalan azərbaycanlılar öz kəndlərinə dönsələr də 1948-ci ildə yenidən zorla köçürülüblər. 1945-ci il iyulun 20-də kəndin adı dəyişdirilib Bostan qoyulub.

Sonda vurğulanır ki, şovinist ermənilərin sürgün və köçürmələri nəticəsində tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazisində oğuz türkləri və onlara məxsus məkan adı qalmayıb: "Lakin əminik ki, əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən bu yaşayış məskənləri əsl yiyəsinə yenidən qovuşacaq, bu coğrafiyanın zəngin tarixi və toponomikası bərpa ediləcək".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Yanvar 2026 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri