Icma.az
close
up
RU
Yalançının evi yanacaq... Şübhə Dövrü başladı

Yalançının evi yanacaq... Şübhə Dövrü başladı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyamız sürətlə dəyişir. İndi informasiya daha əlçatan, daha sürətli və daha rəngarəngdir. Amma bu sürət və rəngarənglik bəzən insanları yanıltmaq üçün də istifadə olunur. Son illərdə süni intellektin yaratdığı görüntü və videoların "deepfake-lərin" gündəlik həyatımıza daxil olması ilə biz artıq “gördüyümüzə” tam inanmaqda çətinlik çəkirik.
Əvvəllər xəbərlər cəmiyyət üçün obyektiv informasiya mənbəyi sayılırdı. İnsanlar jurnalistlərin təqdim etdiyi məlumatı müəyyən bir səviyyədə doğru qəbul edirdi. İndi isə vəziyyət başqadır. Süni intellekt görüntüsü hər an gerçək hadisə kimi təqdim oluna bilər, bir neçə dəqiqə ərzində yayıla bilər.
Müasir dövrün ən böyük problemi artıq yalanın çoxluğu deyil, həqiqətin inandırıcılıq gücünü itirməsidir. Deepfake texnologiyası elə bir səviyyəyə çatıb ki, bir siyasətçinin heç vaxt demədiyi sözləri onun ağzından eşidir, bir hadisənin heç vaxt yaşanmamış görüntüsünü "canlı" izləyirik. Bu vizual manipulyasiyalar kütlələrin şüuruna elə bir şübhə toxumu əkir ki, insanlar artıq "görmək inanmaqdır" fəlsəfəsindən imtina etmək məcburiyyətində qalırlar. Saxta kontentin bolluğunda sabah həqiqi fəlakət və ya mühüm hadisə baş verdikdə, cəmiyyət onun da süni intellekt məhsulu olduğunu düşünüb reaksiya verməyə bilər.
Bu, yalnız texnologiyanın təsiri deyil. Psixoloji olaraq insan beyni, “həqiqi” ilə “yalan” arasındakı fərqi ayırmaqda çətinlik çəkəndə, ümumi inam sarsılır. Yəni, gerçək hadisələr də şübhə ilə qarşılanmağa başlayır. Hətta doğruluğu dəqiq təsdiqlənmiş məlumatlar belə “bəlkə yalandır” düşüncəsi ilə qəbul olunur.
Belə bir vəziyyət “Yalançının evi yandı” misalını xatırladır. Uşaqlıqda eşitdiyimiz bu nağılın mesajı sadə idi, yalan danışmaq sonda inamın itirilməsinə gətirib çıxarır. Bugünkü dövrdə isə yalanın həcmi və texnologiyanın sürəti bu misalı qlobal miqyasda təkrarlayır. İnsanların həqiqəti də sorğuladığı dövran gəlib.
Bəs çıxış yolu nədir? Ən vacib məsələ təhsildən başlayır. İnsanlar informasiya savadlılığı ilə silahlanmalıdır. Gördüklərini yoxlamaq, mənbəyə diqqət yetirmək və süni intellekt texnologiyalarını tanımağı bilməlidir. Eyni zamanda media qurumları da daha şəffaf olmalı, məlumatın doğruluğunu sübut edən mənbələri təqdim etməlidir.
Texnologiya dayanmadan inkişaf edir, amma inamı itirmək, qazanmaqdan çox çətindir. Bu səbəbdən, cəmiyyət olaraq “görünən hər şey həqiqət deyil” mesajını qəbul etməli, eyni zamanda həqiqəti qorumaq üçün gücümüzü artırmalıyıq. Əks halda, gələcəkdə həqiqi xəbərlərin də inandırıcılığı “yalançının evi yandı” misalı kimi unudulacaq.
İslam
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Yanvar 2026 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see363

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see350

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see247

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see247

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see236

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see232

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see223

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see177

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see176

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see165

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see160

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see152

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see150

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see150

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri