Media: Dohada HƏMAS ilə İsrail danışıqları davam edir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 8-də səhər saatlarında Dohada HƏMAS hərəkatı və İsrail nümayəndələri Qəzza sektorunda atəşkəs rejimi ilə bağlı dolayı danışıqları bərpa ediblər.
AZƏRTAC xəbər verir ki, “France-Presse” agentliyi bu barədə fələstinli mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, məsləhətləşmələrdə iştirak edənlər əsasən gələcək atəşkəs razılaşmasının həyata keçirilməsi mexanizmini, xüsusilə də İsrail qoşunlarının Qəzza sektorundan çıxarılması və humanitar yardımın təşkili ilə bağlı məsələləri müzakirə edirlər.
Qeyd edək ki, iyulun 6-dan Qətərin paytaxtında HƏMAS hərəkatı və İsrail arasında atəşkəs və əsirlərin azad edilməsi üzrə danışıqlar gedir. “Əl-Ərəbiyə” telekanalı danışıqlarda heç bir irəliləyişə nail olunmadığını bildirib. “Reuters” agentliyinin məlumatına görə, İsrailin Qəzza sektoruna maneəsiz və təhlükəsiz humanitar girişə icazə verməməsi danışıqlarda əsas problem olaraq qalır.


