İsrail Dohada HƏMAS üzvlərinin yaşadıqları mənzilləri hədəfə alıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Qahirə, 9 sentyabr, AZƏRTAC
İsrail Qətərin paytaxtı Dohada HƏMAS-ın siyasi bürosunun bir sıra üzvlərinin yaşadıqları mənzilləri hədəfə alıb.
AZƏRTAC Qətərin rəsmi xəbər agentliyinə istinadla bildirir ki, ölkənin təhlükəsizlik qurumları, mülki müdafiə və digər orqanları dərhal müdaxilə edərək sakinlərin, eləcə də ətraf ərazilərin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görüblər.
Qətərin Xarici İşlər Nazirliyi İsrailin bu hücumunu qətiyyətlə pisləyib. Bəyanatda vurğulanıb ki, Qətər Dövləti bu məsuliyyətsiz davranışa, regionun təhlükəsizliyini davamlı şəkildə pozan və dövlətin suverenliyini hədəfə alan hər hansı əmələ göz yummayacaq.
Hazırda ən yüksək səviyyədə təhqiqat aparılır və əlavə məlumatlar ictimaiyyətə açıqlanacaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 Sentyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















