Icma.az
close
up
RU
İsrail HƏMAS danışıqları nə vəd edir?

İsrail HƏMAS danışıqları nə vəd edir?

Icma.az, Operativ MM saytına istinadən bildirir.

İsrailin hərbi-siyasi kabineti HƏMAS hərəkatı ilə Qəzza zolağında və girovların azad edilməsi ilə bağlı razılaşmanı təsdiqləyib.

Ancaq Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır, çünki Yaxın Şərq böyük güclərin mübarizə meydanıdır və onların marağında olan heç də bu bölgədə yerli xalqların fikrini çəkmək deyil. Onların istəyi ondan ibarətdir ki, öz maraqlarını tətbiq etsin, digər tərəfdən onlar həm də mübarizə meydanında öz güclərini sınasınlar, müxtəlif texnologiyaların istifadəsini tətbiq etsinlər. Ancaq faciə ondan ibarətdir ki, məhz o bölgədə qədim zamanlardan qanlar tökülür, tökülərək də dayanmır.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində politoloq Tofiq Abbasov deyib.

Tofiq Abbasov bildirir ki, girovların mübadiləsi, əsirlərin qaytarılması artıq dəfələrlə sınaqdan keçilmiş konfiqurasiyalardır və onlar ətrafında hər zaman qızğın mübarizələr gedir.

“Son iki,üç il ərzində biz gördük ki, necə İsrail dövləti dinc insanları bombalarla, ağır zərbələrlə faktiki olaraq məhv edir. Təsadüfi deyil ki, Benyamin Netenyahu və keçmiş müdafiə naziri Yoav Qallanta dair beynəlxalq məhkəmə artıq həbs qətimkan tədbiri nəzərdə tutur. Çünki onlar dinc vətəndaşlara dair çox dəhşətli soyqırımı siyasətini yeridiblər və biz bunun bir neçə dəfə şahidi olduq ki, dünya bundan dəhşətə gəlib, ancaq heç bir kəs heç nə edə bilmir.

Qəzzada məhv olanların sayı 47 milyonu keçdiyi bildirilsə də, bu, son nəticə deyil. Çünki bomba zərbələri, yerə çökmüş binaların dağıntıları altında saysız-hesabsız insanlar qalıb və dünyasını dəyişib. Qərb mütəxəssislərinin fikrincə, həlak olanların sayı yüz mini keçib.

Qəzza bölgəsindəki fələstinlilər, onların arxasında duran qüvvələr danışıqların nəticə verməsi üçün səylər göstərirlər. Bu, o qədər də tez başa gələn məsələ deyil. Çünki, burada vaxtın uzadılması tərəflərin bir növ hərəkətlərini tənzimləyir. Bəlli məsələdir ki, bu prosesdə Netenyahu nəticə olması üçün özü də tələsmir. Buna səbəb Netenyahunun öz ölkəsində çox ciddi ittihamlarla məhkəməyə cəlb olunmasıdır. Ancaq bu prosesləri uzatmaqla da öz təhlükəsizliyini təmin edir, digər tərəfdən məhkəmədən yayınır və anlayır ki, müharibə şəraitində və eləcə də bu proseslərin həlli əsnasında məhkəməyə cəlb olunmaya bilər".

Politoloq indiki danışıqlardam heç bir ciddi nəticə gözləmədiyini qeyd edib. Çünki fələstinlilər ilk növbədə artıq həlak olmuş girovların cənazəsini verəcəklər, sonra isə neçə nəfərin qalıb-qalmaması ilə bağlı söhbətlər uzanacaq. Fələstintilərə lazım olan odur ki, psixoloji cəhətdən qarşı tərəf olan İsraili sözün əsl mənasında “sındırsınlar”. Hətta vadar etsinlər ki, İsrail daha böyük və vacib güzəştlərə getsin, çünki Fələstin xalqı təkdir.

İsrail-Fələstin müharibəsinin təkanının səbəbinə gəlincə T.Abbasov vurğulayıb ki, bu müharibə əvvəlcə, Ərəb-İsrail müharibəsi, sonradan İsrail-Fələstin mübarizəsi, indi isə HƏMAS-İsrail mübarizəsinə çevrilib. Bir sözlə, getdikcə ərəb tərəfi, müsəlmanlar artıq “əriyirlər”, onları parçalayaraq bir-birindən ayırırlar.

Aminə Nəzərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 17 Yanvar 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri