Icma.az
close
up
RU
Media: İranın Körfəz ölkələrinə hücumları davam edir

Media: İranın Körfəz ölkələrinə hücumları davam edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 mart, AZƏRTAC

Ərəb mediası xəbər verir ki, martın 11-də İranın Körfəz ölkələrinə hücumları davam edib.

AZƏRTAC xəbər verir ki, Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı İranın hücumlarının başlanğıcından bəri Krallığı hədəf alan 106 ballistik raket və 177 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.

Bəhreyn Xəbər Agentliyi (BNA) Baş Komandanlığın bəyanatının yayıb: “Ballistik raketlər və pilotsuz uçuş aparatları ilə mülki obyektlərin və şəxsi mülklərin hədəfə alınması beynəlxalq humanitar hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Bu ayrı-seçkilik etməyən hücumlar regional sülh və təhlükəsizliyə birbaşa təhdiddir”.

Qətər Xəbər Agentliyinin (QNA) xəbərinə görə, Qətər Müdafiə Nazirliyi çərşənbə günü Qətər Silahlı Qüvvələrinin ölkəni hədəf alan raket hücumunu dəf etdiyini açıqlayıb. Qeyd olunub ki, İranın beş ballistik raketi və çoxlu sayda dronu məhv edilib.

Oman Xəbər Agentliyinin (ONA) verdiyi məlumata görə, Oman Sultanlığındakı bir təhlükəsizlik mənbəyi bir pilotsuz uçuş aparatının vurulduğunu və digərinin isə Duqmın şimalındakı dənizə düşdüyünü, insan tələfatı və ya maddi ziyan qeydə alınmadığını açıqlayıb.

Oman Sultanlığı ölkənin sakinlərinin təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri gördüyünü vurğulayıb, davam edən hədəf əməliyyatlarını pislədiyini və qınadığını təsdiqləyib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi isə dörd dronun tutulduğunu və məhv edildiyini açıqlayıb. Krallığın Mətbuat Agentliyi (SPA) Müdafiə Nazirliyinin sözçüsü general-mayor Turki əl-Malikiyə istinadla bildirib ki, Şərq bölgəsində İranın dörd dronu məhv edilib.

BƏƏ-nin rəsmi WAM agentliyinin verdiyi xəbərə görə, Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayibin sədrliyi ilə Müsəlman Ağsaqqallar Şurası Birləşmiş Ərəb Əmirliklərinin İraqın Kürdüstan bölgəsindəki baş konsulluğunu hədəf alan və heç bir xəsarət almadan maddi ziyana səbəb olan terrorçu dron hücumunu ən sərt şəkildə pisləyib.

Şura diplomatik nümayəndəliklərə və binalara edilən bu cür qorxaq hücumları birmənalı şəkildə rədd etdiyini təsdiqləyərək vurğulayıb ki, onlar beynəlxalq norma və qanunların kobud şəkildə pozulmasıdır, həmçinin regionun təhlükəsizliyini və sabitliyini təhdid edən təhlükəli eskalasiya əlamətidir.

Müsəlman Ağsaqqallar Şurası Birləşmiş Ərəb Əmirlikləri və bir sıra ərəb ölkələrini hədəf alan açıq hücumları qəti şəkildə pislədiyini bir daha bildirib və beynəlxalq ictimaiyyəti məsuliyyəti öz üzərinə götürməyə, müharibəyə son qoymaq üçün çalışmağa, regionu və dünyanı daha genişmiqyaslı münaqişədən xilas etməyə çağırıb.

Agentlik, həmçinin martın 11-də Dubay və Əbu-Dabidə çoxlu sayda dron və raketlərin məhv edildiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri