Icma.az
close
up
RU
MEDİA nın 5 illik fəaliyyəti dövründə qazandırdığı uğurlar

MEDİA nın 5 illik fəaliyyəti dövründə qazandırdığı uğurlar

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Beş illik fəaliyyəti dövründə Azərbaycan mediasının konkret sərhədləri müəyyənləşdi, hüquqi bazası yaradıldı”.

KONKRET.az-ın xəbərinə görə, bunu “demokrat.az” xəbər portalının rəhbəri, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətə başlamasından 5 il ötür:

“Bu 5 ili əsasən Azərbaycan mediasında sistemli islahatlar və rəqəmsal transformasiya dövrü kimi qiymətləndirmək olar. Çünki 2021-ci ilin yanvarında yaradılan MEDİA agentliyi qısa müddətdə medianın həm hüquqi, həm də iqtisadi əsaslarının yenidən qurulmasında mərkəzi rol oynadı. Bu beş illik fəaliyyəti dövründə Azərbaycan mediasının konkret sərhədləri müəyyənləşdi, hüquqi bazası yaradıldı”.

V.Həsənli vurğulayıb ki, agentliyin ən böyük nailiyyətlərindən biri yeni “Media haqqında” qanunun hazırlanması və tətbiqi oldu:

“Bu qanunla Azərbaycanın media sahəsindəki pərakəndəlik aradan qaldırıldı, onlayn media subyektlərinin hüquqi statusu müəyyənləşdi, ən əsası da Media Reyestri yaradıldı. Hazırda Azərbaycan mediası xaotik mühitdən institusional qaydaya uğurlu keçid dövrünü yaşayır.
Media Reyestrinin ən böyük üstünlüyü odur ki, peşəkar jurnalistlərlə bu addan sui-istifadə edənləri fərqləndirməyə imkan yaradır”.

Həmsöhbətimiz vurğulayıb ki, MEDİA-nın 5 illik fəaliyyəti dövründə dövlət tərəfindən media subyektlərinə ayrılan maliyyə yardımları daha şəffaf və müsabiqə əsaslı formaya keçib:

“Bu, redaksiyaların maddi-texniki bazasının güclənməsinə və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. Təsadüfi deyil ki, son 5 ildə minlərlə jurnalist bu imkanlardan yararlanır, agentlik tərəfindən onlar üçün yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə təlimlər keçirilir. Bu təlimlərdə jurnalistlərə yeni media trendləri və rəqəmsal jurnalistika, dezinformasiya ilə mübarizə, media etikası və peşə standartlar və s məsələlərlə bağlı təcrübələr qazandırılır.

Bu gün Azərbaycan mediasının səsi beynəlxalq miqyasda da yaxşı eşidilir. Xüsusilə də son illər ənənəvi hala çevrilən Şuşa Qlobal Media Forumu dünyanın aparıcı media qurumlarını bir araya gətirərək Azərbaycanın haqlı səsini dünyaya çatdırmaq üçün mühüm platformaya çevrilib. Düşünürəm ki, cənab Prezidentin Şuşa Qlobal Media Forumunda verdiyi önəmli mesajlar da məhz Azərbaycan jurnalistləri üçün yol xəritəsidir.
Mən fürsətdən istifadə edərək, Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov başda olmaqla, qurumun bütün kollektivini ürəkdən təbrik edirəm”.

(hit.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri