Zər qədrin zərgər bilər , yaxud uğurlu təyinatın Nizami Muzeyinə qazandırdığı uğurlar
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Atalar nahaq deməyib, “Zər qədrin zərgər bilər”. Günümüzdə bu ata sözünə daha çox istinad edilir, həyatımızda, ətrafımızda baş verənlərdə onun əyani şahidinə çevrilirik. Əsasən də kadr təyinatı, onların sahəvi üzrə düzgün seçilməsi məsələsində bua talar sözü yerinə düşür. Etiraf etmək lazımdır ki, günümüzdə bəzi mərkəzi və yerli icra hakimiyyətləri, hansısa nazirlik və komitənin idarələrində təyinatlar heç də uğurlu olmur. Birinə etimad göstərib hansısa məsul vəzifəyə təyin edərkən ondan gözlənilən işinə məsuliyyətlə yanaşmaq, rəhbərlik etdiyi sahəni inkişaf etdirmək, fəaliyyətdə qabaqcılq texlogoyalara, beynəlxalq təcürbəyə üstünlük vermək kimi xüsusiyyətlərı rast gəlinmir, əksinə məsul olduğu sahəni daha bərbad duruma salır, onun inkişafına əngəl olur. Ancaq istisna hallara da rast gəlmək mümkündür. Necə ki, Gəncədəki Nizami Gəncəvi Muzeyinin fəaliyyətində son bir neçə ayda rast gəlinən uğurlu fəaliyyət kimi.

Məlumat üçün qeyd edək ki, sözügedən muzey 2014-cü ildə istifadəyə verilib. Nizami məqbərəsinin ərazisində yerləşən Muzeydə Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatlar sərgilənir.
Muzeyin Nizami məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü də qoyulub.
Muzeydə Nizami Gəncəvi guşəsi yaradılıb, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılıb. Elmi tədqiqat şöbəsində elmi araşdırmalar üçün hər cür şərait yaradılıb. Muzeydə mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü də quraşdırılıb. Burada şairin 800, 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir.

Muzeydə elmi tədbirlər üçün nəzərdə tutulmuş konfrans zalı fəaliyyət göstərir. Muzeyə gələn qonaqlar və turistlər üçün istirahət guşələri də yaradılmışdır. Binada Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin xalça portretləri diqqəti cəlb edir.

Qeyd etdiyimiz kimi son bir neçə ay ərzində Muzeyə olan maraq kifayət qədər artıb. Onun qonaqları sırasına təkcə Gəncəyə gələn turistlər deyil, eyni zamanda Gəncəyə səfər edən müxtəlif ölkələrin rəsmi şəxsləri də daxildir. Heç şübhəsiz ki, Muzeyə marağın artmasında uğurlu idarəçilik, işinə məsuliyyətlə yanaşan rəhbərlik amili də xüsusi rol oynayır. Əvvəlki illərdə Muzeyin fəaliyyəti, ona rəhbərlik edən şəxslərin necə işləməsi, hansı səbəbdən muzeyin fəaliyyətində uğurların nəzərə çarpmamasının üzərinə gəlmədən onu deyə bilərik ki, həqiqətən də son bir neçə ayda Gəncədəki Nizami Gəncəvi Muzeyinə sanki yeni bir nəfəs gəlib. Xüsusilə, bu Teymur Əliyevin muzeyin direktoru təyin edilməsindən sonra özünü daha qabarıq şəkildə göstərir.

Cari ilin iyul ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi GDRMİ-si Nizami Gəncəvi Muzeyinin direktoru təyin olunan Teymur Əliyev əvvəlki illərdə çalışdığı ictimai-siyasi vəzifələrdə olduğu kimi, muzeyin direktoru olaraq da aktivinə yalnız uğurlu fəaliyyət, yüksək peşəkarlıqla əldə edilən nəticələr yaza bilib. Bu nəticəyə gəlmək üçün hansısa xüsusi araşdırmaya, tədqiqata, yaxud Teymur Əliyevin gündəlik iş rejimini izləməyə ehtiyac duyulmur. Çünki hər zaman cəmiyyətə informasiyalılıq baxımından açıq olan, gördüyü işlərdə nəticə əldə edilməsindən xüsusi zövq alan Teymur Əliyev ötən 4 aylıq fəaliyyətini də şəffaf şəkildə ictimaiyyətə təqdim etməkdən çəkinməyib, keçirdiyi hər bir görüşü, qəbulu cəmiyyət üçün açıqlayıb. Həmçinin, qısa müddətli uğurlu fəaliyyətdən zövq alıb, fərəhlənib. İşinə olan həvəs, ona göstərilən etimada uğurlu fəaliyyətlə layiqli cavab vermək Teymur Əliyevin əsas prinsipinə çevrilib.

Həqiqətən də ötən 4 ay ərzində Nizami Gəncəvi Muzeyi demək olar ki, 4 ildə əldə edə bilmədiyi nətəcələri aktivinə yazıb. Yuxarıda qeyd etdiyimiz kimi bu gün muzeyin qonaqları təkcə Gəncəyə turist kimi səfər edən insanlar deyil, eyni zamanda xarici ölkə səfirləri, diplomatları da Nizami Gəncəvi Muzeyinin qonaqları sırasındadır. Ötən 4 ay ərzində Muzeyə baş çəkən diplomatların sayında bunu aydın görmək mümkündür.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, İran İslam Respublikasının Mədəniyyət və Əlaqələr Təşkilatının nazir müavini Əbdülrza Raşid və nazirin Mədəni və Elmi Əlaqələrin İnkişafı üzrə icraçı müşaviri Əhməd Abdullahpur, Pakistanın Ravalpindi vilayətinin E.Qordon adına Dövlət Kollecinin Fars dili və ədəbiyyatı kafedrasının sabiq müdiri, Lahor Universitetinin professoru, şərqşünas-alim, fars ədəbiyyatı doktoru Arif Nouşahi, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, Türkiyənin Kazandakı Baş Konsulu Uğur Yılmaz, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop Gəncə şəhər Nizami Gəncəvi Muzeyinə nəzakət ziyarəti ediblər. Eyni zamanda azərbaycanlı səfir və fizik, fizika-riyaziyyat elmləri doktoru, "ADA" Universitetinin rektoru Hafiz Paşayev Gəncə şəhər Nizami Gəncəvi muzeyi və məqbərəsində olub.

Bütün bunlar təkcə nəzakət xarakterli bir ziyarət deyil, eyni zamanda muzeyin rəhbərliyinin uğurlu idarəçiliyi və qurduğu əlaqələrin nəticəsidir. Bu səfərlər özüylə eyni zamanda beynəlxalq əməkdaşlıq üçün də yeni səhifələr açır, imkanlar yaradır.

Gəncədəki Nizami Muzeyi ötən müddət ərzində müxtəlif səpkili tədbirlərin evsahibi kimi də çıxış edib ki, bu da həm muzeyin, həm də Gəncənin təqdimatı, daha yaxından tanıdılması baxımından əhəmiyyətlidir.
Belə ki, "PAŞA Bank" ölkənin regional inkişafına töhfə vermək məqsədilə həyata keçirdiyi "Bilik Səfəri" layihəsinin açılış mərasimini məhz Gəncə şəhər Nizami Gəncəvi Muzeyində həyata keçirib.

Həmçinin, Gəncə Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Qərb bölgəsində İnfo Tur çərçivəsində Nizami Gəncəvi Muzeyinə respublikamızda fəaliyyət göstərən bir qism turizm şirkətlərinin rəhbərləri nəzakət ziyarəti ediblər. Bu da Gəncənin turizm destnasiyası kimi tanıdılması, bu destinasiyada Nizami Muzeyinin qeyd olunması baxımından olduqca əhəmiyyətlidir. Diqqət etsək görərik ki, həmin ziyarət Nizami Muzeyinin mədəniyyətə, sənətə xidməti ilə yanaşı, həm də ölkənin turizm potensialının inkişaf etdirilməsinə bu və ya digər formada verdiyi töhfədir.

Süleyman

Paris muzeyinə ekskursiya zamanı məhbus qaçdı
31 Yanvar 2025 20:59
Milli Qəhrəmanların əşyaları Tarixi Muzeyinə verildi
04 Mart 2025 17:35
Britaniya Muzeyinə REKORD İANƏ: 1,25 milyard dollarlıq...
16 Noyabr 2024 15:45
Azərbaycana və Ədəbiyyat Muzeyinə yenidən qayıtmaq istərdim
15 Noyabr 2024 10:29
Luvr muzeyinə giriş bu şəxslər üçün bahalaşacaq
25 Yanvar 2025 01:24

