MEDİA nın yeni dəstək MEXANİZMİ Maliyyə yardımının artırılması nə VƏD EDİR?
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev medianın fəaliyyətini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Məhz onun qayğısı sayəsində Azərbaycan mətbuatının inkişafı üçün mütərəqqi addımlar atılır.
Cənab Prezidentin 2021-ci ilin yanvarında imzaladığı fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması da mətbuata göstərilən xüsusi diqqətin əyani təzahürüdür. MEDİA-nın yaradılmasında əsas məqsəd bu sahədə inkişafının dəstəklənməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması idi. Ötən dövr ərzində MEDİA bu məqsədlərin reallaşması üçün uğurlu addımlar atıb, sözün əsl mənasında jurnalistlərin dostu olmağı bacarıb”.
Bizim.Media xəbər verir ki, bunu “Demokrat.az”a açıqlamasında “Bizim.Media”nın baş redaktoru Anar Tahirov deyib. O bildirib ki, Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə dəstək məqsədilə mütəmadi olaraq müsabiqələr təşkil edilməsi də xüsusi qeyd olunmalı addımdır:
“Əvvəlki müsabiqələrdə qalib gələn media qurumlarına 6 ay ərzində hər ay 3000 manat məbləğində maliyyə yardımı göstərilirdi. Bu dəfə isə dəstəyin həcmi artırılaraq 5000 manata çatdırılıb. Bu qərar həm media subyektlərinin maliyyə dayanıqlığının güclənməsinə, həm də jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcək.
Üstəlik, yeni qaydalara əsasən, müsabiqəyə qatılan media subyektlərinin tərkibində bir məsul redaktor və ən azı üç jurnalist olmaqla dörd nəfərlik heyət olmalıdır. Həmçinin, bu dörd əməkdaşın hər biri üçün minimum aylıq əməkhaqqı 800 manat müəyyən edilib. Bu şərt təkcə formal bir tələb deyil, həm də sosial məsuliyyətin göstəricisidir. Əməkhaqların artırılması və iş şəraitinin yaxşılaşdırılması redaksiyaların fəaliyyətində keyfiyyət artımına, daha peşəkar və sistemli iş mühitinin formalaşmasına imkan yaradacaq.
Yəni, MEDİA tərəfindən irəli sürülən yeni yanaşma həm media orqanlarının institusional inkişafını, həm də jurnalist əməyinin dəyərinin artırılmasını hədəfləyir. Bu, informasiya mühitində rəqabət qabiliyyətini yüksəldəcək, jurnalistlərin yaradıcılıq enerjisini artıracaq və ümumən cəmiyyətin etibarlı və keyfiyyətli informasiya ilə təmin olunmasına xidmət edəcək.
Digər tərəfdən, media orqanlarının sabit maliyyə dəstəyi alması onların daha aktiv fəaliyyət göstərməsinə, layihə yönümlü və araşdırma xarakterli materiallara üstünlük verməsinə şərait yaradacaq. Bu da ölkə mediasının peşəkar səviyyədə inkişafına və ictimai rəyin düzgün formalaşmasına müsbət təsir göstərəcək”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 13 Noyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















