Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Şəriklik prinsipi ilə maliyyə: İslam bankçılığı nə vəd edir?

Şəriklik prinsipi ilə maliyyə: İslam bankçılığı nə vəd edir?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycanda 2026-cı ildən etibarən islam bankçılığı məhsullarının tətbiqinə start veriləcək".

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun Davamlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov keçən həftə baş tutan 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu strategiyanı həyata keçirmək üçün AMB yol xəritəsi hazırlayıb. Bu sahədə əsas yeniliklərdən biri də islam maliyyə əməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi olacaq.

Yeni sistemin tətbiqi ilə bağlı bir sıra suallar meydana çıxır: islam bankçılığı nədir? Ənənəvi bankçılıqdan nə ilə fərqlənir? Vətəndaşlara hansı imkanları vəd edir?

Bank hüququ üzrə mütəxəssis, uzun illər maliyyə sektorunda çalışmış Əkrəm Həsənov Oxu.Az-a şərhində bildirib ki, bu sahədə addım atmaq üçün ilk növbədə qanunvericilikdə dəyişikliklərə ehtiyac var.

"İslam bankçılığının əsas prinsipi - faizin (sələm) qadağan olunmasıdır. Ənənəvi bankçılıqda kredit götürən şəxs borcu ilə yanaşı faiz də ödəməlidir. İslam bankçılığında isə belə deyil - burada faiz deyil, şəriklik prinsipi əsas götürülür. Dediyim kimi, bu sistemin Azərbaycanda tətbiqi üçün əvvəlcə qanunvericilikdə - "Mülki Məcəllə, Vergi Məcəlləsi, "Banklar haqqında" qanunda dəyişikliklər edilməlidir.

Maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsi məsələsinə gəlincə, bu xidmətlər zatən vergidən azad olduğu üçün islam bankçılığı əməliyyatlarının da vergidən azad edilməsi gözlənilən idi", - deyə Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, islam bankçılığı modelində kredit verilməsi əslində sərmayə qoyuluşu deməkdir. Yəni bank və ya investor borc deyil, bir növ biznesə şərik olur:

"Əgər mən kiməsə pul verirəmsə, bu o deməkdir ki, mən həmin şəxsin biznesinə ortaq oluram. Əgər qazanc əldə olunarsa, mən də investisiya etdiyim vəsaitin miqdarına uyğun olaraq həmin qazancdan pay alıram. Əgər zərər olarsa, mən də payıma düşən zərəri daşıyıram.

Bu model əmanətçilər üçün də fərqli yanaşma təqdim edir. Ənənəvi sistemdə bank əmanətçiyə sabit faiz verir - istər qazanc olsun, istər olmasın sən borcunu qaytarmalısan. İslam bankçılığında isə əmanətçi bankın şərikinə çevrilir. Yəni əmanət qoyduğumuz zaman əvvəlcədən razılaşdırılır ki, biz bankın hansı həcmdə mənfəətinə ortaq oluruq. Əgər bank mənfəət götürərsə, biz də qazanırıq, yox, əgər ziyana düşərsə, biz də zərərə şərik oluruq. Bu, real şəriklikdir".

Ə.Həsənov onu da diqqətə çatdırıb ki, islam bankçılığının uğurlu fəaliyyəti üçün ən vacib şərtlərdən biri tam şəffaflıqdır. Həm müştəri, həm də bank qazanc və zərər məsələlərində dürüst olmalı, real maliyyə axınlarını gizlətməməlidirlər. Əks halda sistemin işləkliyindən söhbət gedə bilməz:

"Əgər bankdan maliyyə almış şəxs, qazancını gizlədirsə, bank ona itki yaşadığı üçün ödəniş etməmə imkanı yaradır. Eyni qayda ilə bank da şəffaf olmalıdır ki, əmanətçi onun həqiqətən qazanc əldə edib-etmədiyini bilsin".

Ə.Həsənovun sözlərinə görə, hazırda bir çox vətəndaş faizli bank xidmətlərindən istifadə etməkdən çəkinir.

"Belə şəxslər maliyyə imkanlarını ya evdə saxlayır, ya da qeyri-rəsmi yollarla dövriyyəyə buraxırlar. Bu vəsaitlər, bir növ nəzarətsiz şəkildə fırlanır. Bu isə dövlət üçün potensial risklər - o cümlədən, terrorçuluğun maliyyələşməsi kimi təhlükələr yarada bilər.

İslam bankçılığı təkcə islam ölkələrində deyil, Avropada, Qərb dövlətlərində də geniş yayılıb. Məsələn, Böyük Britaniya bu sahədə xüsusi olaraq seçilir. Hətta bir çox qeyri-müsəlman investor da bu faizsiz, şəriklik üzərində qurulan modeli üstün tutur.

İslam bankçılığı etika və qarşılıqlı məsuliyyətə əsaslanan maliyyə modelidir. Bu modelin Azərbaycanda tətbiqi həm vətəndaşların seçim imkanlarını artıra bilər, həm də ölkə iqtisadiyyatına yeni sərmayə axınları üçün şərait yarada bilər. Məsələn, islam ölkələrindən olan sərmayədarlar da Azərbaycanın islam bankçılığına investisiya qoymaqda maraqlı ola bilərlər. Amma belə bir bankçılıq sistemi olmadığı üçün bu imkanlar da əldən çıxır.

Hesab edirəm ki, Azərbaycan bu sahədə gecikir. Qazaxıstan, Qırğızıstan kimi ölkələr artıq 10-15 il əvvəl bu istiqamətdə hüquqi bazanı formalaşdırıblar. Biz isə hələ indi bu addımı atırıq. Amma gec də olsa, başlanması müsbət haldır", - deyə Ə.Həsənov vurğulayıb.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see174

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see146

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri