Icma.az
close
up
RU
Media nümayəndələri üçün süni intellekt standartlarına dair təqdimat keçirilib FOTOLAR

Media nümayəndələri üçün süni intellekt standartlarına dair təqdimat keçirilib FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 11-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Medianın İnkişafı Agentliyi və AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Süni intellekt standartlarının media kommunikasiyası” mövzusunda təqdimat tədbiri keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, tədbirin əsas məqsədi süni intellekt sahəsində qəbul edilən dövlət standartları barədə media nümayəndələrini məlumatlandırmaq, sözügedən sahədə düzgün, dəqiq və məsuliyyətli ictimai kommunikasiya mühitinin formalaşdırılmasına dəstək göstərmək olub. Görüş zamanı media nümayəndələrinə süni intellekt üzrə mövcud normativ baza, standartlaşdırma proseslərinin mahiyyəti və bu proseslərin dövlət, biznes, cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində Azərbaycanda indiyədək qəbul edilmiş 8 süni intellekt dövlət standartı barədə geniş təqdimat nümayiş etdirilərək qeyd olunub ki, sözügedən standartlar süni intellekt sistemlərində terminologiyanın vahidləşdirilməsi, risklərin idarə olunması, idarəetmə və etibarlılıq mexanizmlərinin təkmilləşdirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Bu standartlar ölkədə süni intellekt ekosisteminin düzgün, təhlükəsiz və beynəlxalq tələblərə uyğun şəkildə formalaşdırılması üçün əsas baza rolunu oynayır.

Təqdimat zamanı sahə üzrə müxtəlif dövlət və ictimai qurumları özündə birləşdirən informasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin fəaliyyətindən bəhs edilib. Bildirilib ki, süni intellekt üzrə dövlət standartlarının hazırlanması və uyğunlaşdırılması prosesi Texniki Komitənin koordinatorlığı ilə həyata keçirilir və Komitə beynəlxalq texniki qurumlarla əməkdaşlıq etməklə Azərbaycan üçün zəruri olan Sİ standartlarının seçilməsi, işlənməsi və təsdiqinin təmin edilməsində mühüm rol oynayır. Bu əməkdaşlıq ölkənin süni intellekt sahəsində qlobal standartlaşdırma təşəbbüslərinə inteqrasiyasını gücləndirir.

Vurğulanıb ki, süni intellekt ekosisteminin sağlam və etibarlı şəkildə inkişaf etdirilməsi üçün standartların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Sözügedən standartlar informasiya dəqiqliyinin təmin edilməsinə, yanlış və qeyri-dəqiq məlumatların qarşısının alınmasına, süni intellekt sistemlərində şəffaflıq və etimadın artırılmasına, risklərin düzgün idarə edilməsinə və innovativ texnologiyaların təhlükəsiz tətbiqinə xidmət edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see121

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri