Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir FOTOLAR
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin birgə tərəfdaşlığı ilə media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir.
"Unikal" xəbər verir ki, təlimin keçirilməsində məqsəd media nümayəndələrini müasir kibertəhlükələr barədə məlumatlandırmaq, onların bu təhdidlərə qarşı daha dayanıqlı və hazırlıqlı olmasına töhfə verməkdir.
Təlimdə Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ETX-nin rəisi Samir Rəsulov çıxış ediblər. Çıxışlarda media sahəsində baş vermiş mövcud kiberinsidentlər və kiberdayanıqlıq səviyyəsi məsələlərinə toxunulub, eyni zamanda, media subyektlərində İT infrastrukturunun təkmilləşdirilməsi və kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyi önə çəkilib.
Əllidən çox media subyektinin nümayəndəsinin iştirak etdiyi təlim sessiyalarında müvafiq dövlət qurumlarının aidiyyəti sahə üzrə ekspertləri, həmçinin İsrailin “Technion” Texnologiya İnstitutunun və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimçisi tərəfindən kiberdayanıqlılıq, kiberinsidentlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər, fişinq və sosial mühəndislik texnikaları, media qurumlarının sosial media hesablarının qorunması, təhlükəsizlik üçün tövsiyə olunan bulud xidmətləri kimi media üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunulur.
Təlim davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 14 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















