Icma.az
close
up
RU
Media nümayəndələrinə “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib

Media nümayəndələrinə “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələri üçün “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib.

"Report"un məlumatına görə, təlimdə ilk olaraq “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan şəxslərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilk olaraq departamentin builki fəaliyyəti və uğurları barədə məlumat verib.

Z.Ədilova bildirib ki, 2024-cü il ərzində müxtəlif media subyektlərindən ümumilikdə 2 342 sorğu daxil olub:

“Onlardan 2 277-si (97,2%-i) cavablandırılıb. Cavablandırılmayan sorğular isə TƏBİB-in səlahiyyətlərinə aid olmayan məqamlarla bağlı olub”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova çıxışında qeyd edib ki, cari il ərzində Agentlik əhali arasında 2 növ sorğunun keçirilməsini təmin edib:

“Belə ki, əhali arasında icbari tibbi sığorta haqqında məlumatlılıq və sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi ilə bağlı sorğu keçirilib. Bundan başqa, Agentlik tərəfindən aparılan maarifləndirmə kampaniyalarının effektivliyinin ölçülməsi məqsədilə 2-ci sorğu həyata keçirilib. Sorğuların nəticələri əsasında tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, həmçinin əhalinin məlumatlandırılması məqsədilə kommunikasiya kanallarının optimallaşdırılması nəzərdə tutulub”.

Daha sonra jurnalistlərin birbaşa iştirakı ilə əyani formada ilk tibbi yardım üzrə mulyajlarla simulyasiya təlimi təşkil edilib.

Təlimin ikinci hissəsində Bakı Dövlət Universitetinin pedaqoqu Anzulə Pərvizqızı təqdimatla çıxış edərək, media savadlılığı mövzusunda danışıb.

Həkim-psixiatr, biznes təlimçi Həlimə Qəmərlinskayanın “Beyinin produktivliyi: hər sahədə uğurun birinci açarı” mövzusunda təqdimatla çıxış edib.

Tədbirin rəsmi hissəsində TƏBİB-in İcraçı direktorun müavini Araz Nəsirov çıxış edərək bildirib ki, media nümayəndələri dövlət qurumları ilə ictimaiyyət arasında körpü rolunu oynayır.

A.Nəsirov səhiyyə sahəsində aparılan işlərin doğru və ətraflı şəkildə vətəndaşlara çatdırılmasında iştirak edən media nümayəndələrinə təşəkkür edib.

Sonda təlimdə iştirak edən media nümayəndələrinə TƏBİB ilə səmərəli əməkdaşlığa, tibbi savadlılıq təlimində iştirakına görə sertifikatlar təqdim edilib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Dekabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri