Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 14 oktyabr - Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, 30-a yaxın media nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə agentliyin sədr müavini İlqar Həsənov və AZSTAND-ın baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə çıxış ediblər. Çıxışlar zamanı standartlaşdırmanın iqtisadiyyatın inkişafında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində, istehlakçı hüquqlarının qorunmasında və beynəlxalq ticarətin genişləndirilməsində rolu vurğulanıb. Həmçinin ölkədə milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər, yeni dövlət standartlarının qəbulu, beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə məlumat verilib.
Daha sonra AZSTAND-ın nümayəndəsi Gülbacı Əliyeva tərəfindən “Standartların keyfiyyət infrastrukturunda rolu və əhəmiyyəti”, Firuzə Bəhri tərəfindən isə “Süni intellekt sahəsində standartlaşdırma” mövzularında təqdimatlar keçirilib. Təqdimatlarda standartların keyfiyyət infrastrukturunun formalaşmasında, məhsul və xidmətlərin təhlükəsizliyinin və etibarlılığının təmin edilməsində, eləcə də süni intellekt texnologiyalarının tətbiqi zamanı vahid yanaşmaların müəyyənləşdirilməsində rolu diqqətə çatdırılıb.
Təlimin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Oktyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















