Media qurumlarının saytlarına kiberhücumla bağlı rəsmi açıqlama Video
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bu gün informasiya təhlükəsizliyi bütün dünya dövlətlərinin, xüsusi xidmət orqanlarının bir nömrəli diqqət mərkəzində saxladıqları bir sahədir. Bu nöqteyi-nəzərdən, informasiya təhlükəsizliyinin hücumlardan, təhdidlərdən qorunması hər bir dövlət orqanı kimi bizim xidmətin də çox vacib və əsas vəzifələrindən biridir”.
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov bildirib.
“Çünki biz bu sahədə mərkəzi icra hakimiyyəti rolunu orqanıyıq. Bu sahədə biz məsuliyyətimizi başa düşürük. Ona görə də ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi tədbirlər görülür. Gələcək illərdə biz informasiya təhlükəsizliyi sahəsində daha böyük uğurlara imza atacağıq”,- deyə A.İsmayılov vurğulayıb.
Ötən gün bir sıra media resursuna olan kiberhücumla bağlı Dövlət Xidmətinin rəis müavini deyib ki, belə hücumların qarşısı XRİTDX tərəfindən mütəmadi olaraq alınır: “Bu məsələlərdə diqqətli olmaq lazımdır. Açıq mənbələrdə elə bir məlumat yoxdur ki, informasiya təhlükəsizliyini təhdid etməsin. Amma xüsusi xidmət orqanları açıq mənbələrdə apardığı təhlil ilə külli miqdarda əməliyyat məlumatları əldə edir. Hər şeyə sadə baxmaq olmaz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 21 Fevral 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















