Icma.az
close
up
RU
MEDİA rəsmisi Agentliyin mediaya dəstək müsabiqələrinin yeni qaydalarını şərh edib

MEDİA rəsmisi Agentliyin mediaya dəstək müsabiqələrinin yeni qaydalarını şərh edib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli Agentliyin mediaya dəstək müsabiqələrinin yeni qaydaları ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– MEDİA-nın keçirdiyi müsabiqələr ənənə halını alıb, artıq növbəti fərdi jurnalist müsabiqəsi elan olunub. Bu müsabiqələri keçirməkdə başlıca məqsəd nədən ibarətdir və səmərəliliyini necə qiymətləndirmək olar?

– Doğru qeyd edirsiniz ki, Agentliyin həyata keçirdiyi müsabiqələr mediamızda ənənə halını alıb və müraciətlərin dinamikasını, eyni zamanda, nominasiyalar üzrə rəqabət səviyyəsini təhlil etdikdə jurnalistlərimizin müsabiqəyə ciddi marağının olduğunu söyləyə bilərik. Bu müsabiqələr jurnalistlərin fərdi bilik və bacarıqlarının inkişaf etdirilməsi, potensialının üzə çıxarılması, xüsusən də yeni imzaların tanıdılması baxımından vacib həvəsləndirmə rolunu oynayır. Bildiyiniz kimi, Agentlik müsabiqədə iştirakla bağlı hər hansı istiqamət və ya mövzu təklifi etmir, əksinə jurnalistin özünün seçimi əsasında müsabiqə elan olunan günə qədərki son üç ay ərzində işıq üzü görmüş istənilən materialını təqdim etmək sərbəstliyini dəstəkləyir. Jurnalist artıq öz işini yalnız müsabiqə şərtlərinə uyğun qurmur, şərtlər jurnalistin yaradıcı sərbəstliyinə uyğunlaşdırılır. Müsabiqənin bütün nominasiyaları praktik jurnalistikanın tələblərinə görə müəyyənləşib. Müqayisə üçün deyə bilərik ki, son illərədək müsabiqələrdə bir qayda olaraq həcm və forma tələbi ön planda olurdu ki, bu da əksər vaxtlarda sözçülüyə, təkrarçılığa gətirib çıxarır, jurnalistin fərdi üslubunu arxa plana keçirirdi. İndi jurnalist hazırladığı müsahibədən tutmuş köşə yazısına və oçerkinə qədər ən yaxşı hesab etdiyi istənilən materialını müsabiqəyə təqdim edə bilər. Eyni prinsiplər audiovizual media subyektlərində çalışan həmkarlarımızın materiallarına da şamil edilir. Burada yalnız xronometraj həddi müəyyən edilib ki, bu da televiziyaların xəbər süjetləri üçün nəzərdə tutulmuş ümumi normativlərdən irəli gəlir.

Hər dəfə müsabiqələrə yekun vurulduqdan sonra onun nəticələri təhlil edilir, lazım gələrsə, şərtlərin təkmilləşdirilməsi yönündə addımlar atılır. Fərdi jurnalist müsabiqəsinin şərtlərinə edilən sonuncu dəyişiklik audiovizual media subyektlərinin əməkdaşları üçün yerlərin artırılması ilə bağlı olub. Müsabiqədə hazırda 8 nominasiyanın hər biri üzrə 5 nəfər olmaqla, qəzet və veb-saytların 40 nümayəndəsi, audiovizual media üçün nəzərdə tutulmuş 3 nominasiyanın hər biri üzrə 10 nəfər olmaqla, 30 media nümayəndəsi, ümumilikdə isə 70 nəfər qalib elan olunur.

Məsuliyyətli jurnalistikanın təşviqi, etik standartlara sadiqlik, analitik düşüncə və yaradıcı yanaşma bizim üçün prioritetdir və sevindirici məqam odur ki, media nümayəndələri də bu prosesin fəal tərəfdarıdır.

- Çap və onlayn media subyektləri üçün müsabiqələrdə bu dəfə irəli sürülmüş yeni şərtlər hansı zərurətdən irəli gəlib?

- Ənənəvi media subyektlərinə göstərilən dəstək ictimai və dövlət maraqlarını əsas götürərək həyata keçirilir. Fərdi jurnalist müsabiqəsində olduğu kimi, burada da məqsəd media subyektinin peşəkarlığının gücləndirilməsi, cəmiyyətin ictimai məzmunlu informasiya ilə təminatının keyfiyyətli formada qurulmasıdır. Media gündəlik işini müasir meyillərə cavab verərək qurmadığı təqdirdə, heç şübhəsiz ki, davamlı auditoriyasının zəiflədiyinin və nəhayət, ictimai rəyə təsir imkanlarının azaldığının şahidi olacaqdır.

Dünyanın qlobal media ekosistemində cərəyan edən proseslər Azərbaycan mediasından da yan keçmir, əksinə onun peşəkar fəaliyyətinə birbaşa təsir göstərir. Bu baxımdan bizim yanaşmamız da milli informasiya resurslarımızın daha da güclənməsi, yerli və beynəlxalq rəqabətdə etibarlı mənbə kimi mövqeyinin qorunub saxlanmasına dəstək verməkdir. Süni intellekt əsaslı texnologiyaların tətbiqi, rəqəmsal platformaların funksionallığının getdikcə artması Azərbaycan mediasının da bu istiqamətdə uyğun fəaliyyətini tələb edir. Ona görə də çap və onlayn media subyektlərinə müsabiqəli maliyyə yardımının göstərilməsinə dair yeni yanaşmanın tətbiq edilməsi zəruri idi. Yeni qaydalara görə veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi artırılıb, bu da öz növbəsində minimum işçi sayının, eyni zamanda, jurnalistlər üçün minimum əməkhaqqının artırılması ilə müşayiət olunmalıdır. Göründüyü kimi, dövlətin maliyyə dəstəyi bir tərəfdən medianın rəqəmsal mühitə inteqrasiyasını, rəqabətə davamlılığını dəstəkləməklə yanaşı, digər tərəfdən jurnalistin sosial müdafiəsinin gücləndirilməsini də prioritet hesab edir.

Ənənəvi mediamızın mühüm elementi olan qəzetlərə də ümumi yanaşma tətbiq edilərək onların hamısının yalnız həftədə bir nömrəsinin maliyyələşdirilməsi prinsipi əsas götürülüb. Hesab edirik ki, qəzet redaksiyalarımız getdikcə bahalaşan mətbəə, kağız və bu qəbildən olan müxtəlif texniki xərclərini optimallaşdırmalı, yeni reallıqlara uyğunlaşaraq rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidir. Aydın məsələdir ki, bu, media idarəetməsinin yenilənməsi, materialların yazı və təqdimat formalarının təkmilləşdirilməsi və s. kimi çoxtərəfli, lakin medianın gələcəyi ilə bağlı həyati əhəmiyyətli yaradıcı məsələdir.

- MEDİA artıq televiziyalar üçün də ayrıca müsabiqələr təşkil edir, bu istiqamətdə görülən işləri necə qiymətləndirmək olar?

- Artıq ikinci ildir ki, Audiovizual Şura ilə birlikdə dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqələr təşkil edirik. Hədəfimiz yeni media mühitində auditoriyayönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalını və yayımını təşviq etməkdir. Maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığın stimullaşdırılması əsas prioritet kimi müəyyənləşdirilib. Məqsədimiz informativ və ictimai dəyər daşıyan materialların sayını artırmaq, eyni zamanda, televiziya kanallarını çoxformatlı, yaradıcılığa əsaslanan məzmuna həvəsləndirməkdir. Apardığımız sistemli monitorinqlərin nəticəsi deməyə əsas verir ki, dövlət dəstəyi efir məkanının ictimai məzmunlu audiovizual kontentlə zənginləşməsində mühüm rol oynayır. Yeri gəlmişkən onu da vurğulamaq istərdik ki, televiziyalarımız da ənənəvi mediamızın vacib elementləridir, onların da istər idarəetmə, istər rəqəmsallaşma baxımından müasirləşməsi, məzmun zənginliyində yaradıcılığın dəstəklənməsi günümüzün tələbidir. Ümumiyyətlə, dövlətin bütün media subyektlərinə göstərdiyi dəstəyin əsas mahiyyəti ondan ibarətdir ki, o, yalnız medianın mövcud vəziyyətini qoruyub saxlamağa yönəlmir, eyni zamanda, jurnalistikanın gələcəyini də nəzərə alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see259

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see250

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see172

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see168

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see154

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see142

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see134

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see133

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see131

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see131

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see131

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see127

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see126

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri