Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Media sahəsində yeni mərhələ başlayır AÇIQLAMA

Media sahəsində yeni mərhələ başlayır AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən media sahəsində islahatların dərinləşdirilməsi təşəbbüsü irəli sürüldü. Zəfərdən dərhal sonra belə bir addımın atılması ölkədə medianın inkişafının dövlət siyasətində mühüm yer tutduğunu və informasiya təhlükəsizliyinin gücləndirilməsinə xüsusi önəm verildiyini göstərir. Son illər həyata keçirilən islahatlar medianın peşəkarlığının artırılması, iqtisadi dayanıqlığının gücləndirilməsi və rəqəmsal transformasiyaya uyğunlaşması baxımından yeni mərhələ formalaşdırıb.
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli Demokrat.az-a deyib ki, güclü və dayanıqlı informasiya məkanının mövcudluğu milli təhlükəsizliyin əsas komponentlərindən biri sayılır:
“Təsadüfi deyil ki, Prezident İlham Əliyev Vətən müharibəsindəki tarixi Zəfərdən dərhal sonra - 12 yanvar 2021-ci ildə “Azərbaycan Respublikasında media islahatlarının daha da dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Medianın İnkişafı Agentliyinin yaradılması, ardınca "Media haqqında" yeni Qanunun qəbul edilməsi və digər bu kimi kompleks addımların atılmasını təmin etməklə, ölkədə media üzrə yeni hüquqi-institusional mexanizmlərə keçidin bünövrəsini qoydu. Bu gün Milli Məclisdə müzakirəyə təqdim edilən və Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın bazasında Media və Yayım Şurasının yaradılmasını ehtiva edən qanunvericilik təşəbbüsü də ölkədə son illər həyata keçirilən sistemli media islahatlarının məntiqi davamıdır. Bu dəyişiklik rəqəmsal dövrün çağırışlarına uyğun olaraq informasiya siyasətinin daha çevik, koordinasiyalı və vahid yanaşma əsasında formalaşdırılmasına xidmət edir.
Təsdiq olunmuş faktdır ki, rəqəmsal transformasiya medianın klassik təsnifatını aradan qaldırıb. Çap, onlayn və audiovizual media arasındakı sərhədlər böyük mənada aradan qalxıb, konvergensiya olunmuş media tipi yaranıb. Bu şəraitdə müxtəlif media seqmentlərinin ayrı-ayrı mexanizmlərlə idarə olunması əvvəlki qədər effekt vermir. Milli informasiya məkanının təhlükəsizliyinin təmin olunması, dezinformasiyaya qarşı operativ mübarizə, rəqəmsal platformaların monitorinqi və media subyektlərinin inkişafının stimullaşdırılması daha çevik, koordinasiyalı institusional yanaşma tələb edir”.
O qeyd edib ki, Audiovizual Şura ilə Medianın İnkişafı Agentliyinin bazasında kollegial idarəetmə prinsiplərinə əsaslanan Media və Yayım Şurasının yaradılması dövlətin vahid institusional yanaşma strategiyasının təbii davamıdır:
“Yeni Şuraya verilməsi nəzərdə tutulan səlahiyyətlərin təhlili göstərir ki, burada əsas prioritetlərdən biri media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, peşəkarlığın artırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, milli media məhsullarının inkişafı və dezinformasiyaya qarşı sistemli mübarizənin təşkilidir. Xüsusilə rəqəmsal məzmunun təhlili, ictimai rəyin öyrənilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və dezinformasiyanın yayılması risklərinin minimuma endirilməsi istiqamətində nəzərdə tutulan mexanizmlər müasir dövrün reallıqlarına tam uyğun gəlir. Eyni zamanda diqqətəlayiq məqamlardan biri də Media Reyestri ilə bağlı nəzərdə tutulan yeniliklərdir.
Bütün bu faktlara əsaslanaraq deyə bilərik ki, təklif olunan qanunvericilik dəyişiklikləri təsdiqlənərsə, Azərbaycanın informasiya məkanında yeni institusional mərhələ başlayacaq. Bu dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə, milli media məhsullarının inkişafının stimullaşdırılmasına, media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsinə, rəqəmsal çağırışlara adekvat cavab verilməsinə və nəticə etibarilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha effektiv çatdırılmasına əlavə imkanlar yaradacaq”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyun 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri