Icma.az
close
up
RU
Media savadlılığı: Dezinformasiyaya qarşı tədbirlər necə gücləndirilməlidir?

Media savadlılığı: Dezinformasiyaya qarşı tədbirlər necə gücləndirilməlidir?

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Sosial media dövründə informasiya sürətlə yayılır və hər kəs bir xəbər mənbəyi rolunu oynaya bilər. Lakin bu sürət və əlçatanlıq, eyni zamanda, xəbərlərin təhrif olunmuş və ya qəsdən yanıltıcı formada paylaşılmasına da şərait yaradır.

Dezinformasiya cəmiyyətdə çaşqınlıq yaradır, ictimai rəyin düzgün formalaşmasını çətinləşdirir və informasiya təhlükəsizliyini risk altına qoyur.

Belə bir mühitdə media savadlılığı insanların məlumatı düzgün qiymətləndirmək, mənbəni tanımaq və həqiqət ilə manipulyasiyanı ayırd edə bilmək bacarığı kritik vasitə kimi çıxış edir.

Bir çox xəbər mövzusu sosial media kanallarında təhrif olunmuş formada yayılır. Bu, cəmiyyətdə çaşqınlıq yaradır və informasiya təhlükəsizliyini zədələyir. Dezinformasiya ilə mübarizədə media savadlılığı nə dərəcədə təsirli vasitə ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Mətbuat Şurasının sədri Rəşid Məcid bildirib ki, sosial mediada məsuliyyət hissi çox vaxt itir: 

"İnsanlar informasiya texnologiyalarının imkanlarından istifadə edərək, bəzən bilərəkdən, bəzən isə bilməyərək yanlış və saxta xəbərlər yayırlar. Bilməklə yayılan saxta xəbərlər, dezinformasiyalar milli təhlükəsizliyə təhdid təşkil edir və bu sahədə müxtəlif dövlət qurumları mübarizə aparır".

Rəşad Məcid: Zaman keçdikcə bu məsələlər tənzimlənəcək

Həmsöhbətimiz qeyd edib ki,  sadəcə məlumat azlığı və savadsızlıq səbəbindən xəbərlərin təhrif olunması halları da sosial mediada kifayət qədər çoxdur: 

"Yaxınlarda mən maraqlı bir faktla qarşılaşdım. Xalq yazıcısı Anar adətən sosial mediadan uzaqdır, amma "YouTube"da Tofiq Quliyev haqqında hazırlanmış bir informasiya videosuna baxıb. O, 7-8 dəqiqəlik həmin videoda 9 səhv aşkar edib və hər birini bir-bir sadalayıb. Anar bütün bunları öz güclü yaddaşı və təcrübəsinə əsaslanaraq müəyyən edib. Burada, bəlkə də, videonu hazırlayan şəxsin niyyəti pis olmayıb, sadəcə bilgi məhdudluğu və hadisələrə yetərincə diqqət yetirməməsi səbəbindən qısa bir videoda belə 9 yanlışlıq meydana çıxıb. Bu isə göstərir ki, qeyri-peşəkarların sosial mediada məlumat yayması yol verilməzdir və nəticədə xaotik vəziyyət yaranır".

Rəşid Məcid hesab edir ki, bu, keçici bir haldır:

"Zaman keçdikcə bu məsələlər tənzimlənəcək və ciddi, peşəkar xəbər verən media qurumları üstünlüyü öz əllərində saxlayacaqlar".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Fevral 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri