Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Dezinformasiyaya qarşı dünya modeli

Dezinformasiyaya qarşı dünya modeli

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Dünya İqtisadi Forumu 2026-cı il üzrə qlobal risklərlə bağlı hesabatında feyk xəbərlər və dezinformasiya məsələsinə də toxunub. Feyk xəbər və dezinformasiya qarşıdakı illər üzrə proqnozlaşırılan risklər sırasında dərəcəsinə görə 2-ci yeri tutub.

Məlumat üçün qeyd edək ki, dezinformasiya mahiyyət etibarilə qədim dövrlərin məhsuludur. İnformasiya savaşının mühüm elementi olması baxımından rəqabət, münaqişə, müharibələrlə həmyaşıd sayılır. Fərqli adlar altında həmişə mövcud olub. İndiki terminin – “dezinformasiya” sözünün məşhurlaşması ötən əsrin 60-cı illərinə təsadüf edir. 1965-ci ildə Sovet İttifaqı ilə ABŞ arasında mövcud olmuş “soyuq müharibə dövrü”nün şərtləri kontekstində elmi ədəbiyyata gətirilib. Rəqib olan bu dövlətlər bir-biri haqqında qəsdən saxtalaşdırılmış məlumatlar – dezinformasiyalar yaymaqla qarşı tərəfə zərər vurmağa çalışıblar. Amma Sovet İttifaqının dağılması, “soyuq müharibə”nin bitməsi dezinformasiya amilini aradan qaldırmayıb. Dezinformasiya siyasi savaş elemetinə çevrilərək inkişaf etdirilib.

Son 30 ildə “dezinformasiya”nın xarakteri və kəmiyyəti dəyişib. Nüfuzlu “PolitiFact” platforması 2016-cı ildə “dezinformasiya”nı “siyasətin fenomeni” elan edib. Bu qənaət ABŞ-də keçirilmiş prezident seçkisi zamanı namizədlər tərəfindən yayılan informasiyaların təhlil edilməsi ilə formalaşıb. “PolitiFact” bu nəticəyə gəlib ki, prezidentliyə namizədlər də, mövcud prezidentlər də bu alətdən yararlanırlar. Məşhur tədqiqat mərkəzlərindən olan “Statista” da bu yöndə tədqiqatları inkişaf etdirib. 2022-ci ildə keçirdiyi sorğunun nəticələri üzrə hazırladığı hesabatda qeyd edib ki, “dezinformasiya” təhlükəli hal alıb. 2026-cı ildə isə Davos Forumu dezinformasiyanı qarşıdakı illərdə dünyanı təhdid edən risklər sırasında 2-ci yerdə göstərib. Dinamika sürətlidir. 10 il ərzində dezinformasiya “siyasətin fenomen”dən “dünyanı təhdid edən riskə” çevrilib.

“Feyk xəbər” və onun ən zərərli tiplərindən sayılan dezinformasiyanın sürətli artımının səbəbləri barədə danışarkən, 2 mühüm amil önə çəkilir. Onlardan biri internet informasiya resurslarının, xüsusilə sosial şəbəkə platformalarının kəmiyyət və forma baxımından çoxalmasıdır. Analitik mərkəzlər bildirirlər ki, yeni media alətlərinin, xüsusilə, sosial şəbəkə platformalarının inkişafı paralel olaraq “saxta xəbər”in çoxalmasını stimullaşdırır. Qeyd olunur ki, sosial şəbəkə platformaları “saxta xəbər”i digər kommunikasiya tiplərinə nisbətən, 6 dəfə sürətlə yayırlar. Auditoriyaları da böyükdür. Son statistikaya görə, dünya əhalisinin 70 faizə yaxını bu platformalardan istifadə edir. Azərbaycanda da durum təqribən buna yaxındır, əhalinin 65 faizdən çoxu sosial şəbəkə istifadəçisidir.

İkinci amil isə siyasi gərginliyin qlobal səviyyədə artmasıdır. Münaqişələr, qarşıdurmalar çoxaldıqca, dezinformasiyanın kəmiyyəti də artır. Zatən dezinformasiyanın mahiyyəti budur. “Saxta xəbər”in (Fake news) növləri arasında ən ziyanlı olanı “dezinformasiya”nı digərlərindən fərqləndirən amil budur ki, o, bilərəkdən saxtalaşdırılmış, qərəzli şəkildə manipulyasiya edilmiş fakt və məlumatları nəzərdə tutur. Ekvivalent olaraq “rəqib tərəfdə təxribat törətmək məqsədilə düşməncəsinə yayılan saxta məlumat” cümləsindən istifadə edilir. Elmi ədəbiyyatlarda qeyd edilir ki, “Dezinformasiya bilərəkdən saxtalaşdırılmış yalan məlumatdır, mahiyyətində mənfur motivlər vardır. Zərərli niyyətlər üçün yaradılmışdır”.

Mənzərə göz önündədir. Problem aydın görünür. Texnologiya inkişaf etdikcə, generativ süni intellekt alətləri çoxaldıqca, həmçinin, siyasi münaqişələr qızışdıqca, dezinformasiyaların sayı da çoxalacaq. Problem də burdadır. Hər kəs vəziyyətin təhlükəli hal aldığından danışır. Bəs çıxış yolu nədədir? Dezinformasiyanın qarşısını almaq üçün təklif edilən modellər fərqlidir, yanaşmalar müxtəlifdir.

Azərbaycan qlobal səviyyəli dezinformasiyalardan zərər çəkən dövlətlər sırasındadır. 30 il müddətində Ermənistanla münaqişə vəziyyətində olması ölkəmizi total xarakterli dezinformasiya axınının hədəfinə çevirib. Amma Qarabağ münaqişəsinin bitməsi dövlətimizə qarşı yönələn dezinformasiyaların bitməsi anlamını daşımır. Ölkənin strateji mövqeyi, qoşulduğu lokal və qlobal layihələr bizə qarşı yönəlik dezinformasiyaların kəmiyyətini artırır. Azərbaycan bu tip təxribatları necə zərərsizləşdirir? Dezinformasiyaya qarşı mübarizədə hansı modeldən faydalanır? Mövzunu növbəti yazımızda inkişaf etdirəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Yanvar 2026 01:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see375

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see333

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see323

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see293

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see291

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see287

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see267

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see249

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see228

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see217

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see204

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see203

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see202

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see200

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see198

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see196

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see187

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri