Icma.az
close
up
RU
Şuşa Media Forumu dezinformasiyaya qarşı beynəlxalq platformadır Tural Gəncəliyev

Şuşa Media Forumu dezinformasiyaya qarşı beynəlxalq platformadır Tural Gəncəliyev

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

“Azərbaycanın beynəlxalq informasiya məkanında artan nüfuzu və dezinformasiyalara qarşı apardığı sistemli mübarizə fonunda Şuşada keçirilən III Qlobal Media Forumu mühüm əhəmiyyət daşıyır. Forum bir tərəfdən qlobal media nümayəndələrini ölkəmizlə tanış etdi, digər tərəfdən isə Azərbaycanın yaratdığı reallıqları dünya ictimaiyyətinə yerində göstərmək üçün birbaşa imkan yaratdı”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O bildirib ki, III Şuşa Qlobal Media Forumu ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması və beynəlxalq kütləvi informasiya nümayəndələrinin öz iştirakları ilə şəxsən öz gözləri ilə Qarabağa gəlmələri və cənab Prezidentlə bir yerdə forumda iştirak etmələri çox önəmli hadisədir:

"Bu Forum artıq ənənəvi hal alıb və Azərbaycanla bağlı dezinformasiyalara, yalan, “feyk” xəbərlərə son qoymaq istiqamətində atılmış çox vacib bir platformadır”.

Deputat qeyd edib ki, Qlobal Media Forumu ildən-ilə genişlənərək dünyanın nüfuzlu media nümayəndələrini, bloqerləri, influenserləri və tanınmış şəxsləri Şuşaya gətirir. Bu isə birbaşa olaraq həm Azərbaycan reallıqlarının yerində görünməsi, həm də mediada obyektivliyin təmin olunması baxımından xüsusi rol oynayır:

“Hər il bu platformada dünyanın ən tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri, media nümayəndələri, bloqçular, influenserlər, tanınmış şəxslər iştirak edir. Cənab Prezidentin şəxsən özündən həm Azərbaycanla, həm regionda gedən proseslərlə, həm də dünyadakı hadisələrlə bağlı məlumat alınır. Üstəlik, forumun məhz Qarabağda keçirilməsi Azərbaycanın bu əraziləri necə yenidən qurduğunu, onlara necə yeni nəfəs verdiyini bütün dünyanın gözü önündə nümayiş etdirir.”

Tural Gəncəliyev eyni zamanda Prezident İlham Əliyevin Zəngəzur dəhlizinə verdiyi qiymətin bu layihənin təkcə regional deyil, qlobal səviyyəli bir strateji xəttə çevrilməsinin göstəricisi olduğunu da qeyd edib:

“Zəngəzur dəhlizinin "sülh və əməkdaşlıq dəhlizi" adlandırılması, cənab Prezident tərəfindən bu dəhlizə belə bir qiymət verilməsi onu göstərir ki, bu gələcəkdə enerji daşıyıcılarının, yüklərin və insanların istifadə edəcəyi qlobal nəqliyyat və logistika xəttinə çevriləcək. Bu dəhliz artıq böyük qlobal layihənin – Orta Dəhlizin – bir tərkib hissəsi kimi formalaşır”.

Deputat Şuşada keçirilən media forumunun həm geosiyasi, həm geoiqtisadi, həm də informasiya təhlükəsizliyi baxımından Azərbaycanın müttəfiqlərinə və əməkdaşlıq etdiyi tərəflərə böyük töhfələr verdiyini bildirib:

“Şuşa media platforması həm geosiyasi, geoiqtisadi, həm də informasiya təhlükəsizliyi baxımından ölkəmizdə və ümumilikdə bizimlə əməkdaşlıq edən hər bir kəsə çox önəmli töhfələr verir. Bu forum ildən-ilə inkişaf edir və artıq beynəlxalq mediada mühüm yer tutan bir platformaya çevrilib”.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 İyul 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri