Icma.az
close
up
RU
Media savadlılığı ilə bağlı layihənin icrasına yekun vurulub FOTOLAR

Media savadlılığı ilə bağlı layihənin icrasına yekun vurulub FOTOLAR

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikası Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Biləsuvar və Masallı rayonlarında sonuncu məlumatlandırıcı infosessiyalar təşkil olunub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd olunub ki, Biləsuvarda keçirilən tədbirdə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin koordinatoru İsmayıl Ağacanlı və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı İlkin Əliyarlı rəqəmsal mühitdə artan informasiya axını fonunda gənclərin düzgün məlumatı seçmək, mənbələri qiymətləndirmək və onlayn platformalarda məsuliyyətli davranmaq bacarıqlarının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Masallıda baş tutan infosessiyada Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin əməkdaşı Orxan Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı İlkin Əliyarlı media savadlılığının artırılmasının gənclərin rəqəmsal təhlükəsizliyinin təmin edilməsinə və informasiya mühitinin daha obyektiv formalaşmasına mühüm töhfə verdiyini qeyd ediblər.

Hər iki infosessiya “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov tərəfindən media savadlılığı mövzusunda keçirilən maarifləndirici təlimlərlə davam etdirilib.

Təlimlər zamanı iştirakçılara məlumatların doğruluğunun yoxlanılması yolları, vizual və mətn manipulyasiyalarının tanınması, süni intellektlə yaradılmış saxta kontentin müəyyənləşdirilməsi və sosial şəbəkələrdə təhlükəsiz davranış qaydaları barədə ətraflı məlumat verilib. Gənclər mövzu ilə bağlı suallar səsləndirərək müzakirələrdə iştirak ediblər.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri