Milli Mətbuat 150 Rəqəmsal erada gənclər və media savadlılığı layihəsinə yekun vurulub FOTOLAR
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Gənclər Fondu və "Regional İnkişaf" İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə "Milli Mətbuat 150 - Rəqəmsal erada gənclər və media savadlılığı" layihəsinin yekun konfransı keçirilib.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, konfransda Bakı şəhərindən və regionlardan ümumilikdə 100 gənc iştirak edib.
Konfrans zamanı "Regional İnkişaf" İB-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı rəqəmsal mühitdə informasiyanın düzgün dəyərləndirilməsində gənclərin rolundan bəhs edib:
"Rəqəmsal mühitdə informasiyanın düzgün dəyərləndirilməsi və məsuliyyətli istifadəsi gənclər üçün mühüm bacarıqlardan biridir. Bu layihə regionlardan olan gənclərin media savadlılığı üzrə biliklərinin artırılmasına və onların informasiya mühitində daha məqsədyönlü mövqe tutmasına xidmət edir".
MEDİA-nın Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova qeyd edib ki, müasir informasiya mühitində etibarlı məlumat məkanının formalaşdırılması media savadlılığının gücləndirilməsindən keçir:
"Agentlik gənclərin tənqidi düşünmə və informasiyanı düzgün təhlil etmə bacarıqlarının inkişafını daim diqqət mərkəzində saxlayır".
Azərbaycan Gənclər Fondunun Proqram və layihələrin icra olunması şöbəsinin müdiri vəzifəsini icra edən Bənövşə Qasımova isə gənclərin informasiya proseslərində fəal iştirakının əhəmiyyətinə toxunub:
"Bu cür təşəbbüslər onların rəqəmsal bacarıqlarının inkişafına, eləcə də dezinformasiya ilə mübarizədə daha hazırlıqlı olmalarına mühüm töhfə verir".
Tədbir zamanı layihə çərçivəsində regionlarda təşkil olunmuş təlimlərdən görüntüləri əks etdirən videoçarx nümayiş etdirilib, regional təlimlərdə iştirak etmiş gəncin çıxışı dinlənilib.
İTV-nin aparıcısı Azər Süleymanlı isə media savadlılığı, informasiya etibarlılığı və jurnalistikanın müasir çağırışları mövzusunda çıxış edərək gənclərlə interaktiv müzakirələr aparıb, gənclərin iştirakı ilə "Etibarlı / Saxta" mövzusunda interaktiv oyun təşkil olunub.
Konfransın sonunda "Media savadlılığı nədir?" mövzusunda qrup işi və təqdimatlar həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“Milli Mətbuat 150 Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində görüş keçirilib FOTOLAR
06 Oktyabr 2025 19:31
“Milli Mətbuat 150 Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Sabirabad və Ağcabədi rayonlarında gənclərlə görüş keçirilib
10 Oktyabr 2025 16:41
“Milli Mətbuat 150” turnirinə yekun vuruldu
19 İyul 2025 15:17
Milli mətbuat 150: janr mətbuatın “geyimidir”
19 May 2025 13:10
Milli mətbuat 150: Həsən müəllimlə söhbət
04 İyun 2025 09:57
Baxış sayı:42
Bu xəbər 15 Dekabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları