Icma.az
close
up
RU
Media savadlılığı mövzusunun orta təhsil proqramlarına daxil edilməsi təklif olunub

Media savadlılığı mövzusunun orta təhsil proqramlarına daxil edilməsi təklif olunub

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazaxıstan Respublikasının Prezidenti Yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin və Azərbaycan Respublikasını Medianın İnkişafı Agentliyinin təşkilatçılığı əsasında “Zoom” proqram təminatı vasitəsilə Azərbaycan və Qazaxıstandan olan jurnalistlərin iştirakı ilə “Media Savadlılığı” mövzusunda birgə təlim-seminar keçirilib.
Tədbirdə Medianın İnkişaf Agentliyinin Naxçıvan Regional İdarəsinin rəhbəri Vəfa İsgəndərova cəmiyyətin media savadlılığının artırılması istiqamətində tədbirlərdən danışıb.
O bildirib ki, cəmiyyətdə media savadlılığının artırılması məqsədilə Medianın İnkişafı Agentliyi tərəfindən bir sıra treninqlər təşkil olunub. Bu treninqlərin jurnalistlərin media
savadlılığının yüksəldilməsi üçün əhəmiyyətindən danışan V. İsgəndərova prosesin davam etdiriləcəyini deyib.
Eyni zamanda MEDİA Agentliyi tərəfindən əhalinin media savadlılığının artırılması məqsədilə xüsusi İnformasiya Resursunun hazırlandığı da bildirilib. Qeyd edilib ki, həmin portalda bu sahədə həyata keçirilən layihələr və yeniliklər barədə mütəmadi olaraq məlumatlar təqdim olunur.
Diqqtə çatdırılıb ki, həmin internet resursunun müxtəlif dillərdə geniş auditoriyaya təqdim olunması planlaşdırılır.
Jurnalist Ramella İbrahimxəlilova söyləyib ki, bir sıra media nümayəndələri bu sahədə maarifləndirmə tədbirlənini azlığından hazırladıqları materialları hüquqi cəhətdən əsaslandırmaqda çətinliklərlə üzləşir:
“Mənə elə gəlir ki, media savadlılığının artırılması üzrə müzakirələr ənənəyə çevrilməlidir. Çox yaxşı olardı ki, analoji tədbirlərdə həyata keçirilən tədbirlərin daha geniş ictimaiyyətə çatdırılması üçün imkanlar genişləndirilsin. Təəssüf ki, bir sıra jurnalistlər reportajlarını hüquqi cəhətdən əsaslandırmaqda çətinlik çəkir. Belə olan halda analoji tədbirlərin keçirilməsi ilə bağlı məsələ daha da aktuallaşır. Konflikt jurnalistikası barədə təsəvvürlərin az olduğu bir şəraitdə analoji tədbirlər önəmlidir”.
Qazaxıstan Prezidenti Yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin əməkdaşı Rauşan Baltabayeva əcnəbi jurnalistlərin ölkəsində akkreditasiyası ilə bağlı prosedurlardan danışıb.
O bildirib ki, bunun üçün təmsil etdiyi quruma rəsmi müraciət etmək, sorğu qəbul edildikdən sonra isə müvafiq hüquqi prosedurların həyata keçirilməsi tələb olunur.
Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin təmsilçisi Anar Mukatayeva isə bu prosedurların hüquqi cəhətdən sadələşdirilməsi üçün son illərdə bir sıra mühüm addımların atıldığını qeyd edib.
Tədbirdə həmçinin “Media Savadlılığı” mövzusunun bir fənn kimi orta təhsil proqramlarına daxil edilməsi də təklif olunub. (APA)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Noyabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see140

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri